İmam Zamanın (ə.f) cəmiyyətində münafiqlər niyə zəlil olacaq?
Mьəllif: admin1
Tarix: 20-05-2022, 11:15
İmam Zamanın (ə.f) cəmiyyətində münafiqlər niyə zəlil olacaq?
Hədislərimizə əsasən, İmam Zaman ağanın (ə.f) qurduğu cəmiyyətdə münafiqlər zəlil olacaqdır.

Bu halda, belə bir sual zehinləri məşğul edir: əgər İmam Zamanın (ə.f) dövləti kərimə bir dövlətdirsə və münafiqləri zəlil edəcəkdirsə, bəs niyə İmam Əlinin (ə) dövlətində münafiqlər zəlil olmaq yerinə, bəziləri hətta məqam sahibi oldular? Məgər İmam Əlinin (ə) dövləti kərimə bir dövlət deyildimi?

Kərimə dövlət dedikdə, onda gərək bir neçə xüsusiyyət olsun: rəhbəri kərim olsun, şəri qanunları kərim olsun, insanları kərim olsun. İmam Zaman (ə.f) bütün dünyaya hakim olacaq və bütün dünyaya rəhbərlik edəcəkdir. Bütün Yer üzərində ədaləti və İlahi nuru bərqərar edəcəkdir.

İmam Zaman ağanın (ə.f) dövlətində münafiqlərin zəlil olmasının əsil səbəbi budur ki, insanların və cəmiyyətin dərk səviyyəsi qalxacaqdır və artıq nifaq üçün yer qalmayacaqdır. Münafiq adətən insanların nadanlığından istifadə edər və onlar arasında nifaq yaradar. Ancaq İmam Zamanın (ə.f) dövlətində hamı agah və ayıq olacaqdır. Ona görə də heç kəsin nifaq yaratmağa imkanı olmayacaqdır. Beləliklə, münafiqlər də, kafirlər kimi zəlil olacaqdır.

Ancaq İmam Əlinin (ə) zamanında cəmiyyət və insanların dərk inkişafı kifayət qədər deyildi. Ona görə də İmam Əli (ə) üçün lazımlı fürsətlər meydana gəlmirdi. İnsanlar da cahil və xurafi təfəkkürlərinə söykənərək, münafiqlərin irəli getməsinə yardım edirdilər.



/Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930