Allah insanları buna görə imtahan edir
Mьəllif: admin1
Tarix: 2-06-2021, 12:23
Allah insanları buna görə imtahan edir
Hadisələrdən hansı şəkildə təsirlənməyin sənin hadisələrə hansı prizmadan baxmağından aslıdır

Dünyada vaş verən hadisələr - yəni hər kəsin öz dünyasında- heç də hədəfsiz və mənasız deyil.

Bəli ümumi dünyamız olduğu kimi, hər bir insanın özünə məxsus zehnində qurduğu dünyası var. Bir də ətrafında hadisələrin cərəyan etdiyi özünə məxsus hadisələr dünyası var. Hər kəsin başına bir cür hadisə gəlir, müxtəlif insanlarla müxtəlif şəraitlərə uyğun ünsiyyətlərdə olur.

İnsanı əhatə edən bu hadisələr heç də mənasız və lüzumsuz deyil. Xüsusən də insan hadisələrin mənasız olmadığını bir müddət sonra anlayır.

Yəni bir müddət keçəndən sonra dönüb geri baxanda o vaxt başa düşmədiyini görürsən. Yaxud o vaxt nəyisə düz edib etmədiyini daha aydın şəkildə görə bilirsən.

Yəni hadisələrdən hansı şəkildə təsirlənməyin sənin hadisələrə hansı prizmadan baxmağından asılıdır. Bəzən işini itirəndə ahu fəğan edən insan, həyatında yeni səhifənin açıldığını sonra başa düşür.

Allah Təala müqəddəs kitabda buyurur:

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır. Mülk-2

Bu mübarək ayəyə əsasən insanın ölümü də, yaşaması da ilahi imtahandır. Demək olar ki vücudu daim imtahandadır.

İmtahan nədir?

İmtahan adətən üç müstəvidə gerçəkləşir.

1. İmtahan götürən özünə bir şey qaranlıq olanda başqasını ımtahan edir. Bununla agahlığa yetişir.

2. İmtahan edən imtahanla qarşı tərəfin biliyini yoxlamaq üçün onu imtahan edir (müəllim kimi).

3. İmtahan edən qarşı tərəfi imtahanlarla daha da möhkəmləndirməyə çalışır (məşqçi kimi).

Qeyd elədiyimiz birinci və ikinci növ imtahan bizim mövzumuza aid deyil. Çünki Allah Təalanin öyrənməyə ehtiyacı yoxdur. Çünki O mütləq elm sahibidir. Heç bir şey Ondan gizli deyil.

(Ümmətinlə birlikdə) Nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! Yunis-61

Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. Taha-7

İlahi imtahan, dediyimiz üçüncü növ imtahana aiddir ki, insanın mənəvi təkamülünə xidmət edir. Fəlsəfi dillə desək insan müxtəlif qabiliyyətlərlə dolu bir varlıqdır.

Bu istedadlar onun ümumi potensialını təşkil edir. Bu imtahanlar insanın ya mənfi, ya da müsbət yüklərini hərəkətə gətirir. Yalnız belə olanda insan mənən yüksələ bilir.

Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! Bəqərə-155

Bəli ilahi müjdə səbrdədir. İlahi mükafat və cəza baş verən hadisəyə insanın hansı prizmadan yanaşmasında, göstərdiyi reaksiyadadır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930