Mütəal Allah haqda qəribə fikirləri ilə tanınan Həşəviyyə firqəsi
Mьəllif: admin1
Tarix: 16-05-2022, 22:49
Mütəal Allah haqda qəribə fikirləri ilə tanınan Həşəviyyə firqəsi
Həşəviyyə firqəsi ilə bağlı ünvanlanan sualı cavablandırır:

Həsən Bəsri bəzilərini səhv düşüncələrinə görə dərsindən çıxarar, onları təcrid edər və haşiyədə saxlayardı. Ona görə onlara Həşəviyyə deyildi.

Əhli-sünnə məzhəbinin ən zahirpərəst firqəsidir. Bu mənada ki, eşitdikləri hər bir hədisi qəbul edər, onun saxta olub, olmamasına baxmazdılar.

Zahirpərəst olduqlarından Quranda Allahın əli, kürsüsü ilə bağlı gələn ayələri də olduğu kimi mənalandırardılar. Onların düşüncələrinə görə, insanlar olduqları vəziyyətə məcburən düşüblər və onların seçimi yoxdu.

Əhli-beyti (ə) düşmən bilən bu firqə, imamətin Bəni-Üməyyəyə aid olduğunu düşünər, saxta hədisləri əsas tutub düşünərdilər ki Quran təhrif olub.

Əhli-sünnə dünyasında bir çox alimlərin Həşəviyyə düşüncəsində olduqları ilə ittiham ediliblər. O cümlədən Sahib ibni İbad Buxarini Həşəviyyə adlandırıb.(Siyər Əlam ən-Nubəla, Zəhəbi, cild-16, səh-512)

Həşəviyyənin ən qəribə düşüncələri Allahın "cisminin özəllikləri" ilə bağlıdır. Həşəviyyə alimlərindən biri Kəbinin sözlərinə görə bu dünyada Allahla görüşmək qarşı-qarşıya oturmaq mümkündür.

Onlar Allahla əl-ələ tutmaq, onu ləms etməyi və onunla qarşı-qarşıya oturmağı mümkün bilirlər. Onların düşüncələrinə görə ibadət və riyazətlərdən sonra ixlaslı bəndələr elə bu dünyada ikən Allahla görüşüb hətta onunla qucaqlaşa biləcəklər.

Həşəviyyənin alimlərindən biri Davud Cavarinin düşüncəsinə görə Allahın da əli ayağı, gözü və qanı var, lakin insanınki kimi deyil.

Həmçinin o bildirir ki, "Allah bədəndə yuxarıdan sinəyə qədər boşdur. Oradan aşağıya isə sıxılmış və sərtləşir. Saçları qaradır və buruq-buruq".

Onlar düşünür ki, Allahın insan kimi ayaq üstə qalması, iki ələ sahib olması, gəlməsi-getməsi, hərəkəti, yuxarıda olması zahiri mənada izah edilməli və belə anlaşılmalıdır. Halbu ki əksər firqələr "Allahın əli"ni Allahın qüdrəti, "kürsü"nü Allahın hakimiyyəti və sair kimi izah ediblər.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031