Peyğəmbər (ə) subayları "zibillikdəki təzə göyərti"dən çəkindirir
Mьəllif: admin1
Tarix: 16-05-2022, 22:44
Peyğəmbər (ə) subayları "zibillikdəki təzə göyərti"dən çəkindirir
Bəzi hədislərdə ailənin zəncirə bənzədilməsi də bu işin ciddiliyini ortaya qoymaq məqsədi daşıyır.

İmam Cəfər Sadiq (ə) buyurur: "Qadın zəncirdir, baxın ki, özünüzü hansı zəncirə bağlayırsınız. İstər yaxşı, istərsə də pis qadının tayı-bərabəri yoxdur.

Yaxşı qadının qiymətini qızıl-gümüşlə də ölçmək olmaz; çünki yaxşı qadın qızıl-gümüşdən də dəyərlidir. Pis qadın heç torpağa da tay tutula bilməz; çünki torpaq ondan yaxşıdır” (Məaniyyül-əxbar, səh. 144).

Dini hədisləri incələyəndən sonra məlum olur ki, dini-imanı və həyası olan qadın ailə qurmaq üçün qadınların ən üstünüdür.

Peyğəmbərdən (ə) nəql edilmiş hədisə əsasən mömin elə bir qadını almalıdır ki ondan 3 şeydə mal-dövlətdə, boyda və elmdə üstün olsun.

Bu 3 şərti yerinə yetirmək şəriət baxımından vacib hesab edilməsə də , izdivac edən insanın ictimaiyyətdə yerini qoruyub saxlamaq və həyatda müvəffəqiyyəti və xoşbəxt olması üçün də mühüm amildir.

Amma peyğəmbərin "zibillikdə bitən göyərti" haqda xəbərdarlığı həyatda həm dini həm də ictimai baxımdan qırmızı xəttə bənzəyir ki bu məsələdə ehtiyatlı olmaq lazımdır.

Məhəmməd Peyğəmbər (s) buyurub:

"Zibillikdəki göyərtidən ehtiyatlı olun və ondan çəkinin! Soruşdular: Ey Allahın Elçisi zibillikdəki göyərti nədir? Buyurdu: Pis ailənin gözəl qızı" (Üsuli-Kafi, cild-5, səh-332)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031