Peyğəmbər (s) və İmamların (ə) bizi sevib- sevmədiyini necə bilək?
Mьəllif: admin1
Tarix: 16-05-2022, 22:37
Peyğəmbər (s) və İmamların (ə) bizi sevib- sevmədiyini necə bilək?
Bəzən ilk dəfə qarşılaşan insanların qarşılaşanda aldıqları enerji onların gələcək münasibətlərinə təsir edir.

Qarşı tərəfin gözündə oxuduğun ifadə sənin qəlbinin inikasıdır (əksidir). Qəlbindən keçəni onun gözündə görürsən. Çünki hər iki tərəfin qəlbinin halı eyni hala olur.

1. Məşhur bir rəvayətdə deyilir ki, bir münafiq Həzrəti Əlini (ə) aldatmaq niyyəti ilə deyir: Ya Əli (ə) mən səni çox sevirəm.

Əli (ə) buyurur: Yalan deyirsen

Təəccüblənən kişi deyir: Niyə ya Əli (ə)

İmam Əli (ə) buyurur: Çünki mən səni sevmirəm.

2. Yaxud Əl-Kafi adli kitabda (cild2, səh 652) Həsən İbn Cəhm adlı bir şəxsdən rəvayət olunur:

Musa İbn Cəfərə (ə) dedim: Dualarınizda məni unutmayın!

İmam (ə) buyurdu: Sən hardan bilirsən ki, mən dualarımda səni unuduram? Məgər belə fikirləşirsən?

İbn Cəhm: Xeyr belə fikirləşmirəm, bilirəm ki siz heç zaman sizi sevənləri unutmazsınız.

İmam (ə) buyurur: Bunun başqa yolun bilirsənmi? Səni unutmadığımızı başqa cür bilirsənmi?

İbn Cəhm: Xeyr

O Həzrət (ə) buyurdu: Mənim yanımda hansı məqama layiq olduğunu bilmək istəsən, onda bax gör mənim sənin yanında məqamım necədir.

Həqiqətən bu iki rəvayət qəlblərin, hisslərin qarşılıqlı olduğunu bildirir. İnsan Allah Talaya bağlılığını analiz eləməklə Allah yanında olan dəyərini, Peyğəmbər (s) və İmamların (ə) sevgisini analiz etməklə, Onların (ə) yanında onlan öz dəyər və qiymətini mülahizə edə bilər.

"Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür!" Bəyyinə-8

Hər kəsin Allah Təala yanında qiyməti, o kəsin İlahi dəyərlərə verdiyi qiymət qədərdir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930