İmam Rza (ə) və Bəzəntinin arzuları barədə qeybi xəbər
Mьəllif: admin1
Tarix: 15-05-2017, 21:05

Onun tam adı Əbu-Cəfər Əhməd bin Məhəmməd ibni Əbi-Nəsr Bəzəntidir.

 

Bəzənti İmam Musa Kazimin İmam Rza və eləcə də İmam Cavadın xidmətində çox olmuş onlardan elm və mənəviyyat əldə etmiş bir səhabə idi. O qədər İmam Rzaya yaxın idi ki ona "Sahibur-Riza" deyirdilər. Dövrünün fəqih və mühəddislərindən hesab edilirdi.

 

Bəzənti Vaqifiyyə kimi müxtəlif inhirafa düçar olmuş və azmış firqələrin qarşısında mübarizə aparan bir alim idi.

 

Bəzənti Küfə yaxınlığında Qadisiyya deyilən bölgədə yaşayırdı. Bəzənti Mədinəyə səfərində İmam Rza ilə görüşü haqda belə deyir:

 

"Mədinədə qaldığım iqamətgaha gecə ikən biri gəldi. Dedi ki İmamın xidmətçisidir. O məni İmamın evinə aparmaq üçün bir minik də göndərmişdi. Gecədən xeyli keçdiyinə görə məni qaldığım yerə buraxmadı və xidmətçilərə göstəriş verdi ki mənim üçün öz yatağını hazırlatsınlar. Ö mələfə və balışını da mənim üçün hazırlatdı. Mən fikirləşirdim ki, İmam belə mənim qulluğumda durur və məni qürur basırdı. Deyirdim ki, belə bir məqam kimə nəsib olub?! O öz miniyini mənim üçün göndərdi. Öz yatağını mənim üçün hazırlatdı. Əshabdan heç birinə belə bir şey nəsib olmayıb deyirdim.Oturub bu xəyyalla düşünürdüm, o alicənab da mənim yanımda oturmuşdu birdən üzünü mənə tutub dedi:

 

Ey Əhməd! Möminlərin əmiri Əli ibni Əbi-Talib Səsəət bin Suhana baş çəkdi və ona dedi ki, belə bir görüş onu qürurlandırmasın və bunu özünə fəxr bilməsin. Ey Əhməd ona görə, təvazökar ol ki Allah sənin məqamını ucaltsın!"

 

(Uyun əxbarur-Riza, cild-2, səh-514)  

 

 

(İslaminSesi)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031