Həyat yoldaşına hörmət məşhur alimin davranışında
Mьəllif: admin1
Tarix: 14-06-2021, 11:04
Həyat yoldaşına hörmət məşhur alimin davranışında
İslama görə həqiqi mömin öz həyat yoldaşı ilə sevgi-məhəbbətlə davranmalı, İslamın qırmızı xətlərini gözləmək şərti ilə ailəsinin istəklərini bacardığı qədər yerinə yetirməlidir.

Çünki qadınların ruhu çox lətif və incədir, azacıq duyğusuzluq ona ağır təsir qoyur, ortaq həyatı təhlükəyə salır.

Mütəal Allah Qurani-kərim də bu barədə buyurur: "Onlarla gözəl rəftar edin”. ("Nisa” surəsi, ayə 19)

Ayətullah Mirza Cavad Tehraninin evi çox maraqlı və görməli idi. Evin əşyalarını çox səliqə ilə düzmüşdü. Məsələn pərdənin rənginin çox sadə olmasına baxmayaraq otağın rəngi ilə uyğun idi. Evin bütün əşyaları beləcə bir-birinə münasib seçilib, düzülmüşdü.

Bunun səbəbini soruşduqda Ayətullah Mirzə Cavad belə izah edir:

Həyat yoldaşım abırlı və bir az imkanlı ailədəndir. Mən onun üçün elçi gedəndə özümün tələbə olduğumu və maddi imkanımın elə də yaxşı olmamasını dedim.

Onun ailəsi məni olduğum kimi qəbul etdilər. Ailə qurduqdan sonra gördüm ki, həyat yoldaşımın qohum-əqrəbası bizim evimizə gəldikdə, evin yaxşı şəraiti olmadığına görə bəzən yoldaşım utanır.

Ona görə də həyat yoldaşımın razı qalması üçün az imkanla ən yaxşı şərait və səliqə yaratmaq fikrinə düşdüm. Nəticəsi də gördüyünüz kimi oldu. İndi yoldaşım bu şəraitdən çox razıdır.


/nur-az.com/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930