İmam Zamanın (ə.f) Əhli-beyt (ə) ardıcıllarına intizar göstərişləri
Mьəllif: admin1
Tarix: 14-05-2021, 13:05
İmam Zamanın (ə.f) Əhli-beyt (ə) ardıcıllarına intizar göstərişləri
İmam Zamanın (ə.f) hədisləri əsasən Geybət-Numani, Geybət-Tusi, Kəmaluddin və Təmamun-Nimə kimi ilk əsrlərin mənbələrində gəlib.

Daha sonra o hədislər Biharul-Ənvar əsərində və son illərdə yazılmış Möcəm Əhadis əl-Məhdi əsərində cəm edilib.

İmam Zamanın (ə.f) Əhli-beyt (ə) ardıcıllarına intizar haqda tövsiyələrini ehtiva edən 10 hədisi təqdim edirik:

1- Namaz kimi şeytanın burnunu yerə sürtən bir şey yoxdur.

2- Bizə olan məhəbbətiniz açıq-aydın olan sünnət yolunu (Peyğəmbərin yolu) tutmaqla yanaşı olmalıdır.

3- Biz sizin bütün xəbərlərinizdən agahıq, sizin məsələlərinizdən nəsə bizə gizlin deyil.

4- Fərəcin tezləşməsi üçün dua çox edin, Sizin fərəciniz də bundadır.

5- Bizim əmlakımızı əlinə alanlar ondan nəyisə özlərinə halal etsələr, elə bil atəş yeyirlər.

6- Sizə faydası olmayan məsələlər haqda sorğu-sualı bağlayın! Sizə lazım olmayan şeylər haqda bilmək üçün özünüzü zəhmətə salmayın! Zühur və fərəc üçün çox dua edin!

7- Əgər bizim şiələrimiz - Allah onları itaətlərində müfəvvəq eləsin - əhd-peymanlar və vədlərində bir olsalar, bizim onlarla görüşümüz təxirə düşməzdi, o zaman bizi görmək səadəti onlara nəsib olardı. Bizi onlardan həbs edib saxlayan onların nalayiq işləridir.

8- Amma baş verən hadisələrdə hədislərimizi bilənlərə müraciət edin! Onlar mənim sizin üzərinizdəki höccətlərim, mən də Allahın onlar üzrində olan höccətiyəm.

9- Bizi sevən bizim əməlimizə əsasən əməl etsin! Təqva və vərədən kömək alsın! Dünya və axirətin işində ondan ( təqva) yardım almaqdan yaxşı bir şey yoxdur.

10- Allahdan qorxun və bizə təslim olun! İşləri bizə qaytarın (həlli yolunu bizdən soruşun). Əmri vermək bizlikdir və onlarla bağlı iradları da biz aradan qaldırırıq, Sizdən gizli saxlanılan məsələlər barədə (12-ci imamın qeybi haqda) üstünü açmağa çalışmayın! Düz yoldan dönməyin! Bizə olan məhəbbətiniz açıq-aydın olan sünnət yolunu (Peyğəmbərin yolu) tutmaqla yanaşı olmalıdır.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031