İmam Zaman ağanı (ə) Muhəmməd adı ilə çağırmaq olarmı?
Mьəllif: admin1
Tarix: 3-05-2023, 14:50
İmam Zaman ağanı (ə) Muhəmməd adı ilə çağırmaq olarmı?
İmam Sadiq (ə) buyurur: "Kafirdən başqa heç kəs Sahibi-Əmrin (ə) adını dilinə gətirməz”.

İmam Zaman ağa (ə.f) buyurur: "Məlundur, məlundur o kəs ki, adımı insanların arasında çəkər”.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Məhdi (ə) – mənim övladlarımdandır. Onun adı mənim adım, künyəsi mənim künyəmdir”. Bu hədisdən belə nəticə çıxartmaq olar ki, İmam Zaman ağanın (ə.f) adı Muhəmməddir. Ancaq onu bu adla çağırmaq olmaz.

Əgər yuxarıdakı hədislərə nəzər salsaq, başa düşə bilərik ki, İmamı (ə.f) adı ilə çağırmaq olmaz, nəinki Muhəmməd adını dilimizə gətirməyək. Məqsəd odur ki, nə zaman İmam Zaman ağanı (ə.f) çağırmaq istəsəniz, əsil adından istifadə etməyin.

Bəs səbəb nədir?

Əgər İmamı (ə.f) adı ilə çağırsalar, İmamın (ə.f) canı üçün təhlükə ola bilər. Lakin əgər bir qədər düşünsək görərik ki, bu səbəb bizim dövrə aid deyildir, təqiyyə olan zamana aid edilir.

Alimlər İmamı (ə.f) adı ilə çağırmaqda fikir ayırılığına malikdirlər. Əllamə Məclisinin nəzərinə görə, İmamı (ə.f) adı ilə çağırmaq həm suğra və həm də kubra qeybi dövründə caiz deyildir. Ancaq böyük fəqih alim olan Əli ibn İsa Ərbəli bu fikirdədir ki, İmamın (ə.f) adı ilə çağırılmaması təqiyyə zamanına aiddir. Bu gün həmin təqiyyə zamanı olmadığı üçün, həmin qadağa götürülmüşdür.

Ona görə də deyə bilərik ki, hədislərimiz bizə Muhəmməd adını dilimizə gətirməyi deyil, İmamı (ə.f) bu adla çağırmağımızı qadağan etmişdir. Ancaq bəzi fəqihlərin nəzərinə görə İmamı (ə.f) adı ilə çağırmağın heç bir çətinliyi yoxdur. Bu mövzu təqiyyə zamanına aid edilir. Hədislərimiz buyurur ki, suğra qeybi zamanı Əhli-Beyt (ə) davamçıları təqiyyə halında idilər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930