Əsrin imamı Mehdi (ə.f) nə zaman zühur edəcək?
Mьəllif: admin1
Tarix: 13-05-2022, 10:17
Əsrin imamı Mehdi (ə.f) nə zaman zühur edəcək?
Dünyada zülmün ərşə dirənəcəyi bir zaman, ədalət müjdəli xilaskarın zühuru əksər təkAllahlı dinlərin inancıdır. İslam dinində bu xilaskarın on ikinci imam həzrət Mehdi (ə.f) olduğu bildirilir:

"O, bir kəsdir ki, öz rəsulunu hidayət və doğru dinlə göndərdi. Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərə qalib edər."
(Tövbə surəsi, ayə 33.)

Bu ayəni təfsir edən alimlər, nəhayətdə, İslamın bütün dinlərə qalib gələcəyini və bütün yer üzünə yayılacağını xəbər verirlər.

Hər il Avropa, Amerika, Afrika və dünyanın müxtəlif nöqtələrində minlərlə insanın İslam dinini qəbul etməsi, deyilənlərə əyani sübutdur.

Amma mötəbər hədislərə əsasən, İslam yalnız imam Mehdinin (ə.f) zühurundan sonra bütün dünyanı tam əhatə edəcəkdir.

İmam Baqir (ə) yuxarıdakı ayənin təfsirində belə buyurur: "Bu ayədə verilən vəd Məhəmməd (s) ailəsindən olan Mehdinin (ə.f) zühuru zamanı həyata keçəcəkdir. Həmin gün yer üzündə Məhəmməd (s) həqiqətini təsdiq etməyən bir nəfər də qalmayacaq". (Məcməül-bəyan)

Eyni ayənin təfsirində imam Sadiq (ə) buyurur: "Hələ ki, bu ayənin mahiyyəti gerçəkləşməyib. O zaman gerçəkləşəcək ki, Mehdi (ə.f) zühur edəcək və dünyada bir nəfər də olsun kafir qalmayacaq." (İkmalid-din)

Hədislərdə həzrəti Mehdinin (ə.f) zühur əlamətləri geniş şərh olunmuşdur. Qısaca, bunu demək olar ki, zühur ərəfəsində dünyada küfr, sitəm, günah öz son həddinə çatacaqdır. Amma bu zühurun dəqiq vaxtı haqqında məlumat, yalnız Allah-təalanın ixtiyarındadır.


Mənbə: "170 SUALA-CAVAB" kitabından.


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930