Xeyir və ədəbi daha tez qəbul edib, ən tez məhsul verən qəlb
Mьəllif: admin1
Tarix: 10-05-2017, 21:21

 Kəhf surəsinin 13-cü ayəsində buyurulur: Biz haqın qissəsini sənə deyirik, Onlar bir qrup gənclər idi ki rəbbinə iman gətirdilər, biz də onların hidayətini artırdıq.

 

İmam Sadiq buyurur: Gənclərə vaxt ayır, Çünki onlar xeyir işlərə daha tez can atandırlar. (əl-Kafi, cild-8, səh-93)

 

İmam Əli oğlu İmam Həsənə vəsiyyətində buyurur: Gəncin qəlbi xam torpaq kimidir. Ona atılan şeyi qəbul edər. Ona görə qəlbin qaralmadan öncə və ağlın (ona buna) məşğul olmadan öncə səni tərbiyələndirdim. (Nəhcul-Bəlağ məktub-31)

 

Məhəmməd Peyğəmbər buyurur: Sizə gənclər haqda vəsiyyət edirəm, Onların qəlbi daha yumşaqdır. Allah məni (cəhənnəm əzabından) qorxudan və müjdə verən kimi göndərib. (Bir zamanda) gənclər mənlə müttəfiq oldular, amma qocalar əleyhimə getdilər. Peyğəmbər daha sonra bu ayəni oxudu: Onların ömrü getdi və sonra qəlbləri qəsavət bağladı"

 

Peyğəmbər digər bir hədisdə buyurub:

 

"Gəncliyində təlim alan şəxs daş üzərində həkk olunma kimidir. Qoca halında təlimləndirilən şəxs su üzərində yazı kimidir." (Nəvadir Ravəndi, səh-123)

 

Hədislərdən bu əldə olunur ki, insan gənc dövründə dini ədəblə tərbiyələnməli, övladların tərbiyəsini də onların yeniyetmə və gənc zamanında onlara aşılamalıdır.

 

 

(İslaminSesi)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031