Mələklərin xoş ətrinin mənbəyi
Mьəllif: admin1
Tarix: 10-05-2022, 10:55
Mələklərin xoş ətrinin mənbəyi
Peyğəmbərin (s) zövcəsi Ümmu-Sələmə deyir: Allahın Elçisindən eşitdim ki deyir:

Hər zaman bir qrup bir yerə toplaşıb, Əlinin fəzilətindən danışanda mələklər asimandan yerə enərlər. Həmin insanlar bir-birindən ayrılanda yerə enən mələklər yenidən asimana qalxarlar.

Asimanda olan digər mələklər onlara deyər: Sizdən bizə xoş ətir gəlir. Belə ətir hiss etməmişik.

Yerdən qalxan mələklər deyər: Biz Məhəmməd və Ali-Məhəmmədin fəzilətini deyən bir qrup insanın yanında idik. Biz onların ətiri ilə müəttər olmuşuq.

İkinci dəstə mələklər deyər: Bizi yerə endirin

Birincə dəstə mələklər cavab verər: Artıq onlar yoxdur və dağılışıblar.

İkinci dəstə mələklər deyər: Elə isə bizi onların olduğu həmin məkana endirin ki təbərrük edək"

Mənbələr:

Ərbəin Əbil-Fəvaris-48

Yənabiul-Məvəddə-246

İhqaqul-Həqq 9, 502

Məvəddətul-Qurba 38

Biharul-Ənvar 38-199

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930