İslam tibbinin özəllikləri
Mьəllif: admin1
Tarix: 8-05-2017, 21:48

Ustad Təbriziyanla söhbət
35 il qabaq, ailə həyatının başlanğıcında həyat yoldaşım xərçəng xəstəliyinə tutuldu... 

İslam başqa məktblərdən necə fərqlənirsə, İslam tibbi də başqa tiblərdən elə fərqlənir. İslam tibbinin öz müalicə üsulu var. Əslində xəstəliyin kökü tapılır. Xəstəliyin zahiri, forması çox mühüm deyil. Əlbəttə ki, xəstəliyin fəsadları da müalicə edilir. Bu, İslam tibbinin məziyyətidir. (Rəsa agentliyi)

İslam dini son və kamil din olduğundan bütün baxımlardan başqa məktəblərdən seçilir. Bu fərqlərdən biri də, İslam tibbindədir. Eyni fərqi məktəblər arasında da görmək olar. Təəssüf ki, İslam tibbi kölgədə qalmış mövzulardandır. Bu tibbi nəinki sadə insanlar, hətta əksər elm sahibləri bilmir. Hansı ki bu mövzuda minlərlə rəvayət var. Quran-i Kərim ayələrində də buna işarə edilir.
Hazırda İslam tibbi ilə ciddi və köklü şəkildə məşğul olanlardan biri ustad Abbas Təbriziyandır (abbastabrizian.ir). O, Ayətullah Xoyi, şəhid Sədrin tələbələrindəndir. Ustad İslam tibbi mövzusunda dəyərli bir əsərin müəllifidir (دراسة فی طب الرسول المصطفی صلی الله علیه و آله). Müəllifin ictihad yolu ilə ərsəyə gətirdiyi əsər 4 cilddir. Alim uzun illər Məşhəd və İsfahanda İslam tibbini tədris edib. Bu sahədə dəyərli şagirdlər tərbiyə olunub. Bir çox xəstələr Ustad və şagirdlərinin təlaşı ilə sağlamlığını əldə edib.
Ustad Təbriziyan hazırda Qumdadır. Məşhəd və İsfahandan sonra Qumda İslam tibbini tədris etmək fikrindədir. Dərslər dərsi-xaric üslubunda (mühazirə şəklində) keçirilir. İslam tibbi gecələr Pərdisan qəsəbəsində (Şəhrək-i Pərdisan) Xatəmul-Ənbiya məscidində, gündüzlər Feyziyyə mədrəsəsində tədris edilir.
Ustad Təbriziyanla söhbəti oxucuların ixtiyarına veririk. Bu müsahibədə məqsəd odur ki, bütün cəmiyyətin, alimlərin, hövzə əhlinin diqqətini cəmiyyətin ağır sağlamlıq durumu və müalicə sahəsində problemlərin artmasına yönəldək. Öyrənək ki, dini təlimlərdə bu məsələlərə necə münasibət bildirilib, hövzə əhlinin bu sahədə vəzifəsi nədir?

Sual: Necə oldu ki, İslam tibbi ilə maraqlandınız?

Ustad Təbriziyan: Bir hadisə baş verdi. Təqribən 35 il qabaq, ailə həyatının başlanğıcında həyat yoldaşım xərçəng xəstəliyinə tutuldu. Həkimə müraciət etdik, müalicə aparıldı. Nəhayət, həkim dedi ki, xərçəngin 12 növü var və xanımımda olan ən ağır xərçəngdir. Bir sözlə, ümid olmadığını dedi. Üz tutum rəvayətlərə. Sadə dərmanlarla həyat yoldaşım sağaldı. Həkimlər heyrətdə qalmışdılar... Anladım ki, bu sahədə rəvayətlərimiz çoxdur. Tibdə İslamın deməyə sözü var.

Sual: Nə vaxtdan kitab yazmağa başladınız?

Ustad Təbriziyan: Məlumat toplamağa başladım. 15 il öncə kitabı yazmağa başladım. Bu iş beş il uzandı.

Sual: Kitabda hansı mövzulara yer verilib?

Ustad Təbriziyan: Birinci cildddə xəstəlilərin növləri və səbəblərindən danışılır. İkinci cilddə ümumi müalicə yer alıb. Üçüncü cilddə xüsusi müalicədən söz açılır. Dördüncü cild gigiyena, sağlamlıq mövzusuna həsr edilib.

Sual: Ruhanilərin tiblə məşğul olması zəruridirmi?

Ustad Təbriziyan: Ruhanilər tibbə qayıtmalıdır. Qədimdə fiqh kitablarından biri tibb mövzusunda olub. Hazırda, xüsusilə texnologiya inqilabından sonra İslam tibbi yaddan çıxarılıb. 
Həzrət Peyğəmbərin (s) buyuruqlarında da tibb elminin əhəmiyyəti vurğulanır (العلم علمان علم الادیان و علم الابدان). Tibb mövzusunda 11 min hədis var. Rəvayətçilər böyük zəhmət bahasına bu hədisləri bizə çatdırıb. Bu hədislərə diqqətsiz qalmaq rəva deyil.

Sual: Bu hədislər nə dərəcədə mötəbərdir?

Ustad Təbriziyan: Əksər rəvayətlər ən mötəbər kitablardan olan Kafidə nəql olunub. Tibbul-Əimmə adlı bir kitab da var. Bu kitabı İmam nəzərdən keçirib, islah edib və imzalayıb.

Sual: Qədim tibbin İslam tibbindən fərqi varmı?

Ustad Təbriziyan: Bu iki tibb arasında böyük fərq var. İslam tibbi müasir tibbə daha yaxındır. İslam tibbinin qədim tibdən fərqi İslamın məsihilikdən fərqi kimidir. Çünki mənbələr fərqlidir. İslam tibbinin mənbəsi Quran və rəvayətlərdir. Qədim tibbin mənbəsi məsihi və yunan kitablarıdır.

Sual: Qədim tibb peyğəmbərlərin təlimlərindən qaynaqlanmır?

Ustad Təbriziyan: Bunu qəbul edirik. Amma məsihiyyət necə təhrif edilibsə, tibbə aid təlimlər də təhrif edilib. Hazırda İbn Sina tibbində dərmanların 60 faizi şərabdır. Şübhəsiz ki, peyğəmbər təlimlərində belə olmayıb. Burada ciddi təhrif var.

Sual: İbn Sinanın nüsxələrində şərab deyərkən haram içki nəzərdə tutulub?

Ustad Təbriziyan: İbn Sina Qanun kitabını ərəbcə yazıb, sonradan fars dilinə tərcümə edilib. Ərəb nüsxəsində "xəmr”, yəni haram şərab yazılıb.

Sual: Bəzi yeni xəstəliklər İmamların zamanında olmayıb. İslam tibbi bu xəstəlikləri necə müalicə edə bilər?

Ustad Təbriziyan: İslam tibbi əsasən xəstəliyin kökünü tapır. Amma fəsadlara qarşı da müalicə var. Müasir tibb fəsadları müalicə edir. Qızdırmanı aşağı salır, başağrını kəsir. Amma xəstəliyin kökü ilə maraqlanmırlar. Qədim tibb daha çox xəstəliyin köklərini axtarır. İnsanın isti ya soyuq məzaclı olmasına diqqət yetirilir. Amma İslam tibbi həm xəstəliyin səbəbi, həm də fəsadları ilə mübarizə aparır. Bütüm xəstəliklərin kökünü tapmaq olar. Bundan əlavə İslam tibbində bütün xəstəliklərə təsirli dərmanlar var. Həzrət Məhəmmədin (s), Həzrət Musanın (ə), İmam Rizanın belə nüsxələri var.

Sual: Dedikləriniz təcrübədə yoxlanıb?

Ustad Təbriziyan: Biz bu işi gördük. Bir müddət nəzəriyyə üzərində işlədik. Gördük ki, təcrübədə ortaya qoyulmasa insanlar maraq göstərmir. Dərmanlar hazırlamağa başladıq. Nəticə müsbət oldu. Biz elə gün olmur ki, möcüzə sözünü eşitməyək. Ümidini itirənlər müalicə olunur və bunu möcüzə adlandırırlar... 

Vilayet.nur-az.com 


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031