Əgər ömrünüzün sonuna qədər peşman olmaq istəmirsinizsə... – Ayətullah Behcətdən dəyərli nəsihətlər
Mьəllif: admin1
Tarix: 6-05-2023, 11:49
Əgər ömrünüzün sonuna qədər peşman olmaq istəmirsinizsə... – Ayətullah Behcətdən dəyərli nəsihətlər
Bir kişi südəmər körpəsini evdə qoyur və onu itinə tapşırır ki, qorusun, özü də ov etmək üçün gedir. Evə qayıdan zaman görür ki, iti evin qarşısında əyləşib və hürür.

Bütün pəncələri qana batıbdır. Kişi bu vəziyyəti görüb tüfəngini ona tərəf çevirir və iti vurur. Sürətlə evə tərəf qaçır ki, körpəsinin qalan hissələrini görə bilsin.

Evə daxil olan zaman qana batmış ölü bir canavar görür, körpə isə kənarda sağlam şəkildə uzanmış və gülürdü.

İndi təsəvvür edin ki, kişi nə qədər vicdan əzabı çəkir və az qalır ki, özündən getsin. Bu peşmançılıq ömrünün sonuna qədər onu tərk etməyəcəkdir.

Tarixdə o qədər insanlar olmuşdular ki, sui-zənnə görə qətllər törətmiş və günahsız insanların qanlarını tökmüşdülər.

O qədər insanlar olmuşdur ki, səhv nəticə çıxartdıqları üçün dostluqlarına son vermişdilər. Ona görə də ey insan! Ancaq gözünlə baxma, ağlınla bax və həqiqətləri görməyə çalış!

Bir əməl görməzdən əvvəl qarşı tərəfin sözlərinə qulaq ver ki, yanlış qərarına görə ömrünün sonuna qədər peşman olmayasan.

"Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır”. ("Hucurat” 12).




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031