Xızır Peyğəmbərin (ə) Musaya (ə) son vəsiyyəti
Mьəllif: admin1
Tarix: 29-05-2021, 10:28
Xızır Peyğəmbərin (ə) Musaya (ə) son vəsiyyəti
Qurani-Kərimdə Xızır Peyğəmbərlə Musanın yoldaşlığını, onların diskusiya və söhbətlərini əks etdirən ayələr çoxdur.

Firon zülmündən qaçan Musa Peyğəmbər Xızır Peyğəmbərin iki qızından biri ilə evlənir, onun heyvanlarını otarıb, çobanlıq etməklə ruzisini qazanırdı.

Bu anda o Xızırın dahiliyini görüb durmadan ona sual verər, ondan elm almaq istəyirdi. Bəzən Musanın sualları o qədər çox olurdu ki Xızır Peyğəmbər Musanın sakit durmasını tələb edirdi.

Sonda Xızır Peyğəmbərin hikməti hamıya əyan olmayan əməlləri Musanı səbirdən çıxardı və Xızırdan açıqlama istədi. Xızır Peyğəmbər isə "Bu, (sənin səbirsizliyin) mənimlə sənin firaqına səbəb oldu" deyərək, Musaya son vəsiyyətlərini verir.

İmam Səccad (ə) buyurur: "Xızır Musa ibni İmrana verdiyi ən son vəsiyyətində belə buyurdu: Heç vaxt kimsəni günahına görə xar edib abrını aparma!" (əl-Xisal, səh-111)

Mütəal Allah səttardır. Səttar yəni eybləri örtülü saxlayan. O, o qədər kəramət sahibidir ki bəndəsini günahlarının üstünün açılması ilə dərhal cəzalandırmaq istəmir.

O, insanların günahlarını gizlin saxlayır. O dünyada isə onlar cəzalarını alacaqlar. Buna görə hər bir insan öz eyblərini nəzərə alaraq, digərlərini xar etməkdən çəkinməli, az da olsa səttarlıq xislətinə malik olmalıdır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930