Əhli-beyti (ə) camaata sevdirmək üçün bunu etsək kifayətdir
Mьəllif: admin1
Tarix: 3-05-2022, 21:50
Əhli-beyti (ə) camaata sevdirmək üçün bunu etsək kifayətdir
Bəzən hədisləri öz zövqümüz, istəyimiz və mənafeyimiz hesabına izah edirik. Hətta imamlara (ə) olan məhəbbəti insanlara aşılamaq üçün artırmalara belə yol vermək olmaz.

İmamların (ə) hədislərini olduğu kimi üzərinə bir şey qoymadan xalqa çatdırmaq onları camaata sevdirməyin ən gözəl yoludur. İnsanlar imamların (ə) hədislərini eşitsələr onlara itaət edərlər.

İmam Sadiq (ə) buyurub: "Ey şiələr! Siz bizə nisbət verilirsiniz, elə isə bizim üçün bəzək olun! bizim üçün ləkə olmayın!" (Mişkatul-Ənvar 134/305)

İmam (ə) yenə buyurur: "Allah mərhəmət göstərsin o adama ki bizi camaata sevdirər, camaatı bizə qarşı ikrahlı və qəzəbli etməz, agah olun ki əgər onlar bizim gözəl kəlamlarımızı nəql etsəydilər başıuca olar və heç kim onlara nəyisə (pis bir şeyi) nisbət verə bilməzdi. Amma onlardan (şiələrdən) biri bir kəlamımız eşidir, onun üzərinə qoyur" (əl-Kafi, 8-229)

Bu zəmində alimlərlə və təbliğatçılarla yanaşı Əhli-beyt (ə) şairləri və məddahlarının üzərinə böyük məsuliyyət düşür. Görünür indiyə qədər şiə camiəsində bəzi insanların imamlara və onların məqamlarına laqeyd olması, məsumların hədislərinin olduğu kimi onlara çatmamasıdır.

Buna görə İmam Sadiq (ə) digər bir hədisdə buyurur ki, "əgər onlar bizim gözəl kəlamlarımızı eşitsəydilər itaət edərdilər".

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930