Ustad Şəhid Mütəhhərinin şəhadətə yetişdiyi gündür
Mьəllif: admin1
Tarix: 2-05-2017, 17:22

 Ustad Şəhid Mütəhhəri 2 fevral 1919-cu ildə Məşhədin Fərman kəndində ilahiyyatçı alim evində dünyaya göz açıb. İlk təqva və paklıq dərslərini atasından alır. Kiçik yaşlarından öyrənməyə başladığı Quran təlimlərini 12 yaşında daxil olduğu Məşhəd Elmi Hövzəsində davam etdirir. 13 yaşında fəlsəfə və ürfan mövzularına doğru sürətlə yönəliş yaşayır. 18 yaşında Quma gəlir. Burada qaldığı 15 il ərzində müxtəlif elmlərdə dərs alır. 1951-ci ildə yazarlığa, 1954-cü ildə İlahiyyat fakültəsində dərs deməyə başlayır.


Gərgin fəaliyyət mühitində İslamı olduğu kimi xalqa anlatmağa çalışan şəhid Mütəhhəri, bu istiqamətdə mühüm, dəyərli və əvəzolunmaz irs qoyub. Onun əsərlərindən bir çoxları müxtəlif dillərə tərcümə olunub. Bu kitablar arasında şəhidin "Hicab", "Tövhid dünyagörüşü", "Quranda insan", "Materializmə yönəlmənin səbəbləri", "Fitrət", "İlahi ədalət", "Fəlsəfə üsulu və realizm", "Əbədi həyat və axirət həyatı", "Həzrəti Əlinin (ə) cazibə və dafiəsi", "İslam elmləri ilə tanışlıq", "Məqalələr, çıxışlar”, "Quranla tanışlıq” və s. Bütün bu kitablar ustad Şəhid Mütəhhəri irsinin çox kiçik bir hissəsidir.

Ustad Şəhidin son oxuduğum "Həqiqət axtarışında” adlı kitabından bir hissəni burada zikr etmək istərdim. "Həm elm, həm fəlsəfə və həm də dində hədəf - insanın "yəqin” əhli olmasıdır. İman o zaman iman sayılır ki, "yəqin”lə yanaşı olsun. Amma şəkk büdrəmədir, əminliyin olmamasıdır”, - deyə M.Mütəhhəri yazır.

Həmişə "Din günəşi heç zaman sönməyəcək” şüarını gündəmdə saxlayan Ustad Şəhid Mütəhhəri bütün həyatı və elmi-fəlsəfi fəaliyyəti boyu dövrünün bütün fəlsəfi-elmi-ideoloji inkar tezislərini inkarolunmaz üslubda və təkzibedilməz faktlara heç edib. Onun dövründə belə bir tezis olmadı ki, Şəhid onu cavabsız qoysun. Şəhid M.Mütəhhərinin qoyduğu mükəmməl fəlsəfi, elmi və metodoloji irs indi də xeyli ciddi elmi tədqiqat və mütəmadi araşdırma tələb edir.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930