Ariflərin, abidlərin zinəti İmam Zeynul Abidin (ə)
Mьəllif: admin1
Tarix: 2-05-2017, 12:29

Şəban ayının beşi Zeynul Abidin (ə) ləqəbi ilə məşhur olan dördüncü imam Əli ibn Hüseynun (ə) mövlud günüdür.



Atası İmam Hüseyn (ə), anası İran şahı üçüncü Yəzdəgirdin nəcib qızı Şəhrubanu xatundur.



İmam (ə) tarix kitablarında Seyyidul Muttəqin, İmamul Muminin, Zeynus Salihin və başqa bir çox ləqəblərlə xatırlanır ki, onların içində Zeynul Abidin və İmam Səccad daha məşhurdur.



İmam Səccad (ə) özündən qabaq üç imamın (ə) dövründə yaşamış, Kərbəla faciəsinin canlı şahidi olmuşdur. Atası İmam Hüseynin (ə) şəhadətindən sonara imamət bayrağını əlinə alıb iyirmi beş il ümmətin hidayət yolunda əzab əziyyətlərə qatlaşmışdır.



Bəni Üməyyə alimlərindən olan İbn Şəhab Zuhri İmam Səccad (ə) barəsində deyir: O (ə) ibadət edənlərin zinətidir, ondan daha bilikli bir kəs yoxdur.



Əbu Nəim deyir: Əli ibn Hüseyn (ə) gecələr kisəni çörəklə doldurar, fəqirlə paylayardi və buyurardı: Gizli sədəqə pərvərdigarın qəzəbini söndürər.O Həzrət (ə) dünyasını dəyişəndən sonra fəqirlər onlara çörək gətirənin, sədəqə paylayanın kim olduğunu bildilər.



İmam Səccad (ə) həm də helm və əxlaq nümunəsidir. Belə rəvayət olunur ki, bir kişi İmamla (ə) laiq olmayan tərzdə danışır. İmama (ə) töhmət vurur.İmam (ə) isə səbr və helmlə ona cavab verir: Əgər doğru deyirsənsə rəbbim məni bağışlasın, yox əgər yalan danışırsansa rəbbim səni bağışlasın.Kişi xəcalət çəkib üzür istəyir.



Bütün Əhli Beyt imamlarımız (ə) ilahi nurdan ilham alan, peyğəmbərlər (ə) irsinə sahib olan, insanlığın ilham qaynağıdırlar.

 


(İslaminSesi)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031