Bəni Haşimin ay üzlü Abbası (ə)
Mьəllif: admin1
Tarix: 14-02-2024, 10:20
Bəni Haşimin ay üzlü Abbası (ə)
Həzrət Abbasın (ə) şöhrəti, sevgisi, cəsarət və mərdliyi müsəlmanların qəlbində özünə xüsusi yer eləmiş, yaddaşlarda nümünəvi, fədakar qardaş, mərhəmətli əmi, sadiq və yenilyəz bir sərkərdə kimi qalmışdır.

O (ə), Siffeyn və Nəhrivan döyüşlərində atası Həzrət Əli (ə)–la çiyin-çiyinə döyüşmüş, heç vaxt atasından və atasının yolundan ayrı düşməmişdir.

İnsanın gördüyü işlər insana gözəl adlar, gözəl sifətlər qazandırır ki, insan daim o adlarla xatırlanır. O ad və ləqəblərdə öz növbəsində zehinlərdə, yaddaşlarda yaşadıqca həmən insanın xarakterindən xəbər verir.

Zehinlərdə, qəlblərdə "qəməri bəni haşim” ( bəni haşimin ayı) "səqqayi kərbala” ( kərbəlanın su gətirəni) "ələmdari kərbəla” ( kərbala bayraqdarı) "babul həvaic” (hacətlər qapısı) kimi yaşayan səxsiyyət məhz Abbas ibn Əlidir (ə).

Bu ad və ləqəblərin hə birinin özünə məxsus tarixcəsi və həssas anları vardır.

Seyid ibn Tavus "Səqqayi Kərbala” adının tarixcəsi haqda yazirki səqqa su verən deməkdir. Abbas ibn Əilnin (ə) su gətirmək üçün fərat çayına tərəf getdi, Ömər ibn Sədin ordusunu mühasirəsinə düşdü. Döyüşdə əvvəl sağ, sonra sol əlini itirdi.

Buna baxmayaraq O (ə) su məşqini ağzıya tutub susuz korpələrə su gətirməyə çalışırdı. Lakin Zeyd ibn Vərqa Hənəfi və Həkim ibn Tufeyl onun dişlərini də vurub sındırdıldr.

Bu rəvayət, özü suya yetişməyinə baxmayaraq su içməyən, o suyu körpələr üçün gətirməyə nə qədər əzm və dəyanət göstərən Abbasın (ə) qəhrəmanlığını özündə əks etdirir.

Ələmdar ləqəbi haqqında Şeyx Mufid özünün Xisal kitabında qeyd edir ki, Abbas ibn Əli (ə) Siffeyn və Nəhrivan döyüşlərinda daima atası Əli (ə) yanında olmuş, heç vaxt atasının və qardaşlarının yolundan ayrılmamışdır.

Bu şücaət və qəhrəmanlıq ona atasından irs keçmişdir. Döyüş meydanlarında daima bayrağı O (ə) tutardı. Buna görə O həzrətə (ə) Əlamdar deyirdilər.

Həzrəti Əlinin(ə) Ummul bənidən olan daha üç oğlu: Cəfər, Abdullah və Osman Kərbəlada şəhid olmuşlar.

Həzrəti Abbas ibn Əli (ə) daima zehinlərdə yaşayan bir qeyrət, şücaət, mərdlik, əsl qəhrəmanlıq simasıdır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930