Böyük insan heç vaxt söyüş söyməz
Mьəllif: admin1
Tarix: 15-03-2022, 11:01
Böyük insan heç vaxt söyüş söyməz
Həzrət Məhəmməd (s) buyurub: "Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki, abır həya ona zinət verməsin.”[1]

"Allah-taala cənnəti nə dediyindən və nə də eşitdiyindən qorxusu olan hər bir dili pis, həyasız söyüş söyənə haram etmişdir.”[2]

"Allahın ən pis bəndələrindən biri odur ki, söyüşkənliyinə və dilinin pisliyinə görə onunla yoldaşlıq xoşagəlməz olsun.”[3]

İmam Əli (ə) buyurub: "Böyük insan heç vaxt söyüş söyməz.”[4]

İmam Baqir (ə) buyurub: "Allahın pis dilli, söyüş söyəndən (və ya söyüşə qulaq asandan) acığı gələr.”[5]

"Sizə deyilməsini istədiyiniz ən yaxşı şeyləri camaata deyin. Çünki Allah möminlərə söyüş söyən, lənətləyən və haqlarında pis danışan, dili pis olan və simic dilənçiyə nifrət edər.”[6]

"Alçaqların hərbə-zorbası çirkin sözlər danışmaqdır.”[7]

İmam Sadiq (ə) buyurub: "Söyüş söymək, dili pis olmaq və vəhşilik nifaqdandır.”[8]

"Camaat kimin dilindən qorxarsa, o, alovda olar.”[9]


[1] Biharul- Ənvar, c.79, səh.111, hədis 6

[2] əl-Kafi, c.2, səh.323, hədis 3

[3] əl-Kafi, c. 2, səh.325, hədis 8

[4] Ğurərul-Hikəm, hədis 9478

[5] əl-Kafi, c.2, səh.324, hədis 4

[6] Biharul- Ənvar, c.78, səh.181, hədis 67

[7] Biharul- Ənvar, c.78, səh. 185, hədis 14

[8] Biharul-Ənvar, c.79, səh.113 hədis 14.

[9] əl-Kafi, c. 2, səh.327, hədis 3

(ahliman.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930