Əhli-beyt (ə) Quranda
Mьəllif: admin1
Tarix: 28-04-2017, 22:58

Qurani-məcid Təthir ayəsində ("Əhzab”, 33) Əhli-beyt (ə) haqqında açıq aşkar danışır və başqa ayələrdə yalnız Əhli-beytə (ə) aid olan səciyyələri sadalayır.
Abdullah ibn Cəfər deyir: Mən Həsən və Hüseynlə birlikdə Müaviyənin yanında idim. Müaviyə dedi: "Ey Abdullah ibn Cəfər! Həsənə ehtiramın nə dərəcədə güclüdür?” Dedim: "Müaviyə! Ömər ibn Xəttab öz hakimiyyəti dövründə məni Əli ibn Əbi Talibin (ə) yanına göndərdi ki, Quranın səhifələr şəklində yazılması üçün öz yazılarını versin.” Əli mənə dedi: "And olsun Allaha, mənim Quranımla ona çatmamış məni öldürəcək.” Soruşdum ki, nə üçün? Həzrət buyurdu: "Allah buyurur ki, yalnız pakların əli ona çatar.” Allah paklar deyəndə bizi nəzərdə tutub. Allah bizi bütün pisliklərdən təmizləyib. Bizə belə bir ayə ünvanlanıb: "Bu kitabı bəndələrimdən seçdiklərimə miras verdim.” Biz "Sifvətullahıq.” "Kəlimətən təyyibətən kəşəcərətin təyyibə” ayəsi bizim haqqımızdadır.” ("Səlim ibn Qeys Hilalinin kitabı”, 834, hədis 42; "Biharul-ənvar”, 33-265, bab 20) 
Qurani-kərimdə buyurulur: "(Şirin və şor olmaqla) iki dəryanı yanaşı axıtdı; Onlar arasında bir-birlərinə qatışmamaları üçün pərdə var...Həmin iki dəryadan lölö və mərcan çıxır.” ("Ərrəhman”, 19-22) Bu ayə heç şübhəsiz peyğəmbər Əhli-beyti (ə) haqqındadır. İmam Sadiq (ə) buyurur: "Əli (ə) və Fatimə (s.ə.) iki dərin və geniş dəryadır. Onlar heç vaxt bir-birinin haqqını tapdamır. Lölö və mərcan Həsən və Hüseyndir.” ("Təfsiri-Qummi”, 2-344) "Fəcr” surəsində "Şəf” dedikdə Həsən və Hüseyn, "Vətr” dedikdə Əmirəl-möminin nəzərdə tutulur. ("Təfsiri-Qummi”, 2-419) Mərhum Kuleyninin "Kafi” kitabı şiə məzhəbinin ən mötəbər kitablarındandır. Bu kitabın "Höccət” bölməsində Əhli-beyt (ə) əmr sahibi, hidayət yolunun alimləri, zikr əhli, elmin dərinliyinə varanlar və əhd kimi tanıtdırılır.
Şiə hədis mənbələrində 304-dən çox rəvayətdə "qurba” sözünün Əhli-beytə (ə) işarə olduğu bildirilir. Sünni mənbələrində də "qurba” sözünü Əhli-beyt (ə) kimi izah edən rəvayətlər var. Mübarək "Nur” surəsində deyilir: "(Bu nur) ucalmasına Allah tərəfindən izn verilmiş, adı orada zikr olunası evlərdədir. Həmin evlərdə sübh və axşam ona təsbih deyərlər.” ("Nur”, 36) 
Söhbətimizin əvvəlində Əhli-beytin (ə) özündən və dəyərli şəxsiyyətindən danışıldısa, bu ayədə onların evi yada salınır. Bildirilir ki, Allahın nuru onun tövfiqi ilə (onların şəni) ucalası evlərdədir. Həmin evlərdə Allahın adı çəkilir, sübh-axşam təsbih deyilir. Bu evlərdə daim Allah zikri eşidilirdi. Günlər münacatla ötüşür, ev əhli ilahi eşqlə yaşayırdı. Onlar öz misilsiz ibadətlərinə baxmayaraq, bir an olsun belə, Allahın bəndələrinə xidməti yaddan çıxarmırdılar. 
Ənəs ibn Malik və Burəydə deyirlər: Həzrət Peyğəmbər (s) "fi buyutin əzinəllahu ən yurfəə...” ayəsini oxuduğu vaxt bir şəxs soruşdu: "Söhbət hansı evlərdən gedir?” Peyğəmbər (s) buyurdu: "Peyğəmbərlərin evindən.” Əbu Bəkr Əli (ə) və Fatimənin (s.ə.) evinə işarə ilə dedi: "Ya Rəsuləllah! Bu ev də həmin evlərdəndirmi?” Peyğəmbər (s) buyurdu: "Bəli, onların ən üstün olanlarındandır.” ("Şəvahidut-tənzil”, 1-533, hədis 567; "Biharul-ənvar”, 36-117, bab 39, hədis 64)
Əhli-beyt (ə) zikr, təsbih, kamil ibadət əhli idi. Onlar daim münacat halında olur, həzrət Haqqı xüsusi bir dillə zikr edirdilər.

Könlüm xatirənlə boyanır nura,
Zikrinlə xam torpaq dönür gülzara.

Əhli-beyt (ə) Quran ayələrində ali mənəvi həqiqətlərin kamil nümunəsi kimi təqdim olunur: "Ticarət, alış-veriş onları Allahın zikrindən, namazdan və zəkatdan ayırmır. Qəlblərin və gözlərin alt-üst olacağı gündən daim qorxurlar.” ("Nur”, 37)

Bəli, onlar imanları, əməlləri, əxlaqları, rəftarları, niyyətləri və ixlasları misilsiz olduğu halda Qiyaməti xatırlayıb yarpaq tək əsirdilər. 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930