Quranda olan qeyb xəbərləri
Mьəllif: admin1
Tarix: 28-04-2017, 21:25

 Qurani-Kərim müqəddəs səma kitabı olaraq, bizlərə qeybdən xəbərlər vermiş və onları bəşərə elan etmişdir. Bu xəbərləri verməkdə Quranın məqsədi odur ki, insanları keçmiş ümmətlərin vəziyyətindən agah etsin və onları qəflət yuxusundan ayıltsın. Bundan başqa, gələcəkdə baş verən hadisələri bizlərə xəbər verərək, bizi o hadisələrə hazırlasın. 

"Və (yada sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Şübhəsiz, Mən qoxumuş palçıqdan alınmış quru gildən bəşər yaradacağam». «Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!». Beləliklə, mələklərin hamısı (onun qarşısında) səcdə etdilər”. ("Hicr” 28-30).

"Bunlar qeyb xəbərlərindəndir ki, sənə vəhy edirik. Onları bundan qabaq nə sən, nə də sənin qövmün bilirdi. Buna görə də (boynunda olan ilahi vəzifənin çatdırılmasında) səbir et, ki, həqiqətən (gözəl) aqibət təqvalılara məxsusdur”. ("Hud” 49).

"Bu (hekayət), sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir və sən onlar (Yusufun qardaşları) öz işləri barəsində qərara gəldikləri və (onu həyata keçirmək üçün) hiylə qurduqları zaman onların yanında deyildin”. ("Yusif” 102).

"Bu (hekayətlər), qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. (Yoxsa ki) sən onların Məryəmi kimin himayəyə götürməsi üçün qələmlərini (püşk məqsədi ilə suya) atdıqları zaman onların yanında deyildin”. ("Ali-İmran” 44).

Quranın gələcəkdən xəbər verən ayələrinə nəzər salaq:

"Və buna görə(dir) ki, Qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir". ("Həcc" 7).

"Qiyamət günü Yer (kürəsi) bütünlüklə Onun (qüdrət) ovucunda olacaq, bütün göylər Onun qüdrətli əli ilə büküləcəkdir. O, pakdır və Ona şərik güman edilənlərdən, üstündür". ("Zumər" 67).

"Rumlular məğlub oldular. (Hicaza, yəni Suriya və İordaniyaya) ən yaxın olan bir yerdə. Onlar məğlubiyyətlərindən sonra tezliklə qalib gələcəklər. (Gələcəkdə) bir neçə il ərzində. (Aləmin idarə olunma) iş(i) və ondan (o qələbədən) öncə və ondan sonra (bütün aləmdə olan nüfuzlu) əmr Allaha məxsusdur və o gün möminlər (müsəlmanlar) sevinəcəklər”. ("Rum” 2-4).

"(Ya Peyğəmbər!) Şübhəsiz, bu Qur’anı(n təbliğini) sənə vacib edən (Allah) səni qayıdacağın yerə (yenidən dönmək arzusunda olduğun doğma Məkkə şəhərinə) qaytaracaqdır”. ("Qəsəs” 85).

"Həqiqətən Allah Öz peyğəmbərinin yuxusunu (yuxuda ona dediklərini) haqq olaraq gerçəkləşdirdi ki: Siz Allahın istəyi ilə mütləq təhlükəsiz, başınızı qırxmış, tük və dırnaqlarınızı qısaltmış halda və (heç kəsdən) qorxmadan Məscidul-harama daxil olacaqsınız. Beləliklə, Allah sizin bilmədiklərinizi (bu vədin gələn ilə aid olmasını və onun təxirə düşməsində bir sıra hikmətlərin olmasını) bildi və ondan qabaq yaxın qələbəni (doğrudan da böyük qələbə olan Hüdeybiyyə sülhünü) qoydu”. ("Fəth” 27).

"Həqiqətən bu zikri (Qur’anı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq”. ("Hicr” 9).

Bəzi ayələrdə möminlərə vədə vermiş və kafirləri qorxutmuşdur:

"Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir”. ("Nur” 55).

"De: «O sizə başınızın üstündən (daş, ildırım və cəhənnəm çınqılı), ya ayaqlarınızın altından(zəlzələ və yerə batırmaq kimi) əzab göndərməyə (yaxud yuxarı zalım təbəqədə olanları aşağıdakılara hakim etməyə və ya aşağı təbəqəni yuxarı təbəqənin əleyhinə qaldırmağa) yaxud sizi dəstə-dəstə(edib) bir-birinizin canına salmağa və bəzinizin əzabınızı bəzinizə daddırmağa qadirdir»”. ("Ənam” 65).

Quran səma kitabı olduğunu bizlərə belə sübut edir:

"Həqiqətən Biz sizin həm (yaradılışın əvvəlindən indiyə qədər olmuş) keçmişlərinizi(n sayını), həm də gələcəklərinizi(n sayını) bilirik [və sizin (iman və təqvada) irəlidə olanlarınıza da elmimiz var, sizin (iman və təqvada) geridə qalanlarınıza da]! Əlbəttə, sənin Rəbbin (Qiyamət günü) onları (həyat vermək üçün onların bədən üzvlərini və hesab üçün fərdləri) toplayacaqdır. Həqiqətən O, hikmət sahibi və biləndir”. ("Hicr” 24-25).

 

/Deyerler.org/


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930