Onlarla əsərin müəllifi olan alim: Ömrümün ən böyük iftixarı əmmamə və əba olub
Mьəllif: admin1
Tarix: 25-03-2019, 19:49
Onlarla əsərin müəllifi olan alim: Ömrümün ən böyük iftixarı əmmamə və əba olub
Çoxsaylı dini-ictimai və əxlaqi əsərlərin müəllifi müasir islam dünyasının mütəfəkkiri Ustad Mürtəza Mütəhhərinin şəhid edilməsinin ildönümü ərəfəsində onun bir neçə maraqlı xatirəsini təqdim edirik:

"Məcmueye Asare Şəhid Mütəhhəri”əsərində (17-ci cild, səh-156) alimin dilindən belə nəql olunur:

"Şiraz universitetinə çıxış üçün dəvət edilmişdim. Çoxlu ustadlar, doktorlar, professorlar var idi və universitet rəhbərliyi də orada idi. Oranın ustadlarından biri ki, dini təhsili var idi və ABŞ-da da ali təhsilini alıb ölkəyə dönmüşdü, hörmətli və dəyərli insan idi. O məni təqdim etməli və tanıtdırmalı idi. O məni tanıtdıraraq deyirdi: Filankəsi tanıyıram, O Qum hövzəsində belədir, elədir deyirdi...

Məni təqdim edən zaman sonda o bunu dedi: "Bunu tam mənada cürətlə deyə bilərəm ki, bəziləri üçün ruhani paltarı iftixar olduğu halda, bu adam ruhani libası üçün fəxrdir.”

Şəhid Mütəhhəri deyir: Onun bu sözündən sonra od hər yerimi bürüdü. Elə ayaq üstə ikən çıxışımı etdim. Biraz danışıdım. Sonra üzümü həmin təqdim edən adma tutub dedim:

Filankəs bu nə sözdür deyirsən?! Ağzından çıxanı bilirsənmi?! Mən kiməm ki məni bu paltara iftixar olaraq vəsf edirsən?! O zaman hövzədən daha çox universitetdə olmağıma baxmayaraq, dedim ki, bütün ömrümdə yalnız bir iftixarım olub.

O da bu əmmamə və bu əba-qəbadır. Mən kiməm ki fəxr səbəbi olam?! İftixar Əbuzər və Əmmar kimilərdir. İbni-Sina, Xacə Nəsirəddin Tusi, Şeyx Murtəza Ənsari, Mirdamad kimiləri islam üçün fəxr ola bilərlər,mən deyil..."
(İslaminSesi.info)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031