DÜNYA MÖMİNİN ZİNDANI, KAFİRİN CƏNNƏTİDİR
Mьəllif: admin1
Tarix: 23-04-2017, 13:35
DÜNYA MÖMİNİN ZİNDANI, KAFİRİN CƏNNƏTİDİR
Peyğəmbər (s) buyurur: "Ey Əbuzər! Dünya möminin zindanı, kafirin cənnətidir. Heç bir mömin axşamı qəmsiz (başa vurub) sübhə çıxmır".

Mömin dünyanın ona zindan olduğunu anlayanda, dünya ləzzətləri ilə başını qatmaq fikrinə düşmür və dünya nemətlərindən umacağı, Allah yolunda addımlamağa gücü yetəcək qədərdir. Hər nemətdən istifadə etdikdən və hər ləzzətə çatdıqdan sonra Allaha şükrünü bildirir.

Bunun müqabilində dünya kafirin cənnətidir. Çünki o dünyada olduğu təqdirdə, öz ləzzətlərinin təmini üçün çalışa bilər. Onun üçün olan rahatlıq və kef də bu dünyadadır və etdiyi çirkin əməllərə görə, qiyamətdə ilahi əzabla üzləşəcəkdir. Allahın əzab və qəzəbi o qədər şiddətlidir ki, dünya özünün bütün problemləri və əzabları ilə onun üçün cənnətdir.

Məşhur bir əhvalatda deyilir: "İmam Həsən (ə) əynində gözəl paltar və ata süvar ikən, bir nəfər kasıb və xəstə yəhudi ona yaxınlaşıb deyir: «Baban buyurub ki, dünya möminin zindanı, kafirin cənnətidir. İndi necə bilirsiniz, bu əzəmət və şövkətlə ata mindiyiniz halda, dünya sizin üçün cənnətdir, yoxsa mənim kimi xəstə və kasıb adam üçün? Bu kasıblıq və xəstəliklə dünya mənim üçün cənnət yox, cəhənnəmdir!». Həzrət (ə) buyurur: «Allahın sizlər üçün necə əzablar nəzərdə tutuduğunu bilsəydin, onda anlayardın ki, dünya özünün bütün çətinlikləri ilə sənin üçün cənnətdir. Həmçinin, Allahın cənnətdə bizim üçün hansı məqamları nəzərdə tutduğunu görsəydin, onda anlayardın ki, bütün dünyanı bizə versələr belə, həmin məqamlarla müqayisədə dünya özünün bütün nemətləri ilə zindandan başqa bir şey deyil".

Dünya möminə zindan olandan sonra təbiidir ki, o, dünyada məhzun və qəmgin olacaqdır. Çünki zindan kef sürmək yeri deyil.

Bir məsələni də xatırladaq ki, bu rəvayətdə hüznün mədh edilməsi o demək deyil ki, hər bir hüzn tərifəlayiqdir və insan həmişə məhzun olması üçün səy etməlidir. Bu cür ümumi nəticə çıxarmaq düzgün deyil. Aydındır ki, bu kimi nəsihətlərdə zikr olunan nöqtələr, müəyyən şərtlərlə bağlıdır və dairəsi də məhduddur. Buna görə də tədqiqat aparıb, Allahın və məsumların söylədikləri haqda dərindən düşünməli, ümumi və əhatəli hökm dairəsinin hansı yerlərdə məhdudlaşdığını anlamaq lazımdır.



(Axirət azuqəsi)

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031