Xalis niyyətin əhəmiyyəti
Mьəllif: admin1
Tarix: 22-04-2017, 14:00
Xalis niyyətin əhəmiyyəti
Niyyətin xalisliyi qəlbi saflaşdırar, saf qəlb də öz növbəsində xalis niyyətlərə səbəb olar.

İslam dini hər tərəfli, geniş və şaxəli bir dindir. Dinimiz insanın həm içtimai, həm də fərdi fəaliyyətini nizamlamışdır. İlahi din insanı hec bir sahədə, nə əməli, nə də fikri sahəsində tək buraxmır.

İnsanın qəlbi və əqlı fəaliyyətlərindən biridə onun niyyətidir. Niyyət insanın gördüyü işə dəyər qazandıran əsas amildir. Allah Rəsulundan (s) bizə yetişən məşhur kəlamlardan biri də “Möminin niyyəti əməlindən daha üstündür” hədisidir. Bu mübarək kəlamdan niyyətin nə qədər önəm daşıdığı aydin olur. Həqiqətəndə zahiri nəzərlə baxdıqda əməllərin bir birinə oxşaması inkar edilməzdir.O işlərı dəyərli edən, dəyərinə dəyər qatan məhz niyyətdir.

Həqiqətən niyyətin saflığı qəlbin səfa və paklığı nisbətindədir.

Niyyətin xalisliyi qəlbi saflaşdırar, saf qəlblər də öz növbəsində xalis niyyətlər edər.

Həzrəti imam Sadiq (ə) bu barədə buyurur: Döğru niyyət sahibi saf qəlb sahibidir. Həqiqətən qəlbin bütün cirkinliklərdən saflığı bütün işlərdə Allah üçün edilən niyyətin xalisliyi ilədir.

Əməl sağlam niyyətli olmazsa ibadətlər (riya və təzahür məqsədilə həyata keçirilən ibadət) fayda verməz. Necə ki Şuara surəsinin 88-89 cu ayəsində buyurulur:

“O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan, pak niyyətli) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!'”

Rəvayətlərə görə qiyamətdə bəzi bəndələr əməl dəftərinə baxanda orada öz əməllərini görməzlər. Soruşanda onlara deyiləcək ki gedin o əməlinizi hədəfdə tutduğunuz insanlardan alın. Bu o deməkdir ki bizim hazırda riya və təzahür məqsədli əməllərimiz sanki puç olub, havaya gedir və onlar qiyamətdə bizə heç bir fayda verməyəcək.



(IslaminSesi.info)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031