Ayətullah Xamenei cənablarının ailə qurmaq barədə tövsiyələri
Mьəllif: admin1
Tarix: 16-03-2021, 22:44
Ayətullah Xamenei cənablarının ailə qurmaq barədə tövsiyələri
Ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xamenei cənablarının ailə quran cavanlara bəzi tövsiyələri vardır ki, onlarla tanış olaq:

1. Xoşbəxtlik nədir? Xoşbəxtlik ibarətdir: aramlıq, səadət və əmin-amanlıq hissindən. İsraf və həddini aşmaq heç kəsi xoşbəxt etməmişdir. Mehriyyə və cehiz heç kəsi xoşbəxt etməmişdir. Dinə bağlı olmaqdır ki, insanı xoşbəxt edən.

2. Əsil mövzu – məhəbbətdir. Ailə quran zaman əsil mövzu – məhəbbət olmalıdır. Qızlar və oğlanlar bilsin ki, Allahın onların qəlblərinə saldığı məhəbbəti qorumalıdırlar.

Əgər həyatda məhəbbət olarsa, evdən xaricdə olan çətinliklər asan olar. Gəlin və bəy gərək bir-birinə məhəbbət bəsləsinlər ki, bu məhəbbət qızıl məhəbbətdir.

Qoymasınlar ki, bir-birindən ayrı düşsünlər. Məhəbbət olan yerdə vəfadarlıq da olar.

3. Toy günündən başlayın. Həyatınızın hər bir sahəsində sadəliyə əməl edin. İlki isə toy günüdür. Əgər toy sadə təşkil edilərsə, sonrakı addımlar da sadə olacaqdır.

Əks halda, əgər zənginlər kimi toy etsəniz, yoxsullar kimi bir evdə yaşamaq sizə asan olmayacaqdır. Çünki artıq xarab olmuşdur, əldən getmişdir. Ona görə də həyatınızın ilk addımına sadəliklə başlayın.

4. Bahalı mehriyyənin ziyanları. O kəslər ki, xanımları üçün bahalı mehriyyələr təyin edirlər, cəmiyyətə ziyan vururlar.

Ona görə də qızların çoxu evdə qalır, oğlanlar evlənə bilmirlər. Çünki bu adət cəmiyyətdə yayılarsa, mehriyyə Peyğəmbərin (s) sünnəti yerinə, cahiliyyətin sünnətinə çevrilir. Cahil ab-havası alır.

5. Cehiz qız üçün izzət deyildir. Qızın izzəti – əxlaqında, rəftarında və şəxsiyyətindədir. Gəlinin ailəsi özlərinə əziyyət verirlər ki, qızlarına dəyərli cehiz verə bilsinlər.

Məbada gedib borc alasınız və bununla cehiz hazırlayasınız. Məbada özünüzü zəhmətə salasınız. Məbada belə düşünəsiniz ki, qızınızın cehizi kifayət qədər olmasa, başı aşağı olacaqdır. Xeyr, belə deyildir.

6. Xoşbəxtlik təmtəraqda deyildir. Məgər o kəslər ki, təmtəraqlı toy məclisləri edirlər, onlar xoşbəxtdirlərmi? Kim bunu iddia edə bilər ki? Bəziləri bahalı toy paltarları alırlar.

Nə lazımı var ki? Məgər onu kirayə götürmək olmazmı? Ayıblıqdır? Xeyr, ayıblıq deyildir. Ayıb odur ki, bir şeyi bir dəfə istifadə etmək üçün ona böyük miqdarda pul verəsən.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930