Behiştdə keçmiş günahlar zehindən silinəcəkmi?
Mьəllif: admin1
Tarix: 19-02-2023, 10:56
Behiştdə keçmiş günahlar zehindən silinəcəkmi?
Allah Təalanın əxlaqı belədir ki, həmişə insanları bağışlamışdır. Biz həddi-büluğa çatandan indiyə qədər o qədər günah işlətmişik və Allah da onları bağışlayıb və heç birinin aşkar olmasına imkan verməyibdir.

Çünki abırımızı qoruyur və onları bizim üzümüzə vurmayıbdır. Bundan başqa bu pis əməllərdən əl çəkmək üçün yollar da qoymuşdur. Yəni, tövbə və istiğfar yollarını. Allah buyurur ki, “Mən sizi bağışlayıram və günahlarınızı üzünüzə vurmuram”.

Onda bir məsələ qalır. Əgər günahkar bağışlanaraq, behiştə gedirsə, orada hamını şad və xürrəm görür. Ancaq o, daxilıində qəm yeyir. Çünki günahlarını yadına salır və öz-özünə deyir: “Allah mənə nə qədər də lütf etmişdir. Mən behiştə düşməli deyildim. Ancaq buradayam, bu mənim haqqım deyildi”.

Ona görə də daima qəmgin olar. Allah Təala bu məsələni necə həll etmişdir?

Allah həmin şəxsi behiştə daxil etməmişdən qabaq günahlarını zehnindən silər. Yəni bu günahkar behiştdə heç bir günahını xatırlamaz. Çünki behişt qəm yemə yeri deyildir.

Bir qoca kişi İmam Sadiqin (ə) xidmətinə gəlir və deyir: “Yəbnə Rəsulallah! Mən eşitmişəm ki, əgər kimsə Peyğəmbərin (s) və Əhli-beytinin (ə) hörmətinə Allaha and versə, Allah sözünə qulaq asar? Onda İblisi cəhənnəmə atmaq istəyəndə İblis desin ki, Allahım, Peyğəmbərə (s) və Əhli-beytinə (ə) xatir məni cəhənnəmə salma və məni bağışla. Allah da onun sözünü eşidər”.

Həzrət (ə) buyurur: “İblis Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) and içə bilməz”.

Kişi soruşur: “Niyə?”.

Həzrət (ə) buyurur: “Çünki Allah Peyğəmbərin (s) və Əhli-beytinin (ə) adını onu yadından silər”.

Kişi deyir: “Bu necə ola bilər ki, yüz il tanıdığı şəxsin adını yaddan çıxartsın.

Həzrət (ə) ona buyurur: “Sənin neçə yaşın var?”

Kişi deyir: “90”. Həzrət (ə) buyurur: “Adın nədir?”.

Kişi nə qədər fikirləşirsə, adını yada sala bilmir.

Həzrətə (ə) deyir: “Yəbnə Rəsulallah! Mən sualımdan keçdim, mənə adımı deyin”.

Həzrət (ə) kişinin adını ona deyir və buyurur ki, “bax, bu cür yadından çıxardar”.

Bəli, Allah Təala da behiştinə daxil etdiyi hər bir sevimli bəndəsinin günahlarını da bu cür yadından çıxardar və onu xoşbəxt və xürrəm edər. Allah bizlərə də bu tofiqi nəsib etsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930