Axund molla Hüseynqulu Həmədaninin məktubu
Mьəllif: admin1
Tarix: 23-03-2021, 07:06
Axund molla Hüseynqulu Həmədaninin məktubu
İlahi məhəbbəti tələb etdiyin halda günaha düçar olmağın nalayiq bir işdir.

Rəbbani və ilahi alim, zahid və arif mərhum Axund Molla Hüseynqulu Həmədani (rəhmətullahi ələyh) Təbriz alimlərindən birinə belə bir məktub yazır:

«Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahi Rəbbil-aləmin. Vəssəlatu vəssəlamu əla Muhəmmədin və alihit-tahirin və lənətullahi əla ədaihim əcməin.

Dini qardaşlara gizli qalmasın ki, bütün hərəkətlərdə, sükunətlərdə, danışıqlarda, anlarda və sairədə şərif şəriətə tam dəqiqliklə əməl etməkdən başqa yolla Allah dərgahına yaxınlaşmaq olmaz.

Zövqi xurafatlar, hətta əgər bu məqamdan başqa yerlərdə yaxşı olsa da belə, bu, cahillərin və sufilərin adətidir və insanı məqsəddən daim uzaqlaşdırır.

Hətta bir şəxs saqqalını qırxmamağa və ət yeməməyə adət etsə, imamların ismətinə iman gətirmiş olsa belə, həmçinin zikrin keyfiyyətində də məsum imamlardan (ə) nəql edilənlərdən başqasına əməl edərsə, başa düşməlidir ki, yenə də Allahdan uzaqlaşacaqdır.

Buna əsasən, şərif şəriəti hər şeydən qabağa salmalı və ona əməl etməyə cidiyyət göstərməlidir. Şəriətdə diqqət yetirilən hər şeyə, eləcə də bu zəif bəndənin əqli və nəqli dəlillərdən əldə etdiyinə görə, Allah dərgahına yaxınlaşmaq üçün mövcud olan yolların ən mühümü günahı tərk etməkdə ciddi səy göstərməkdir.

Bu xidməti etməyincə nə zikrin, nə də fikrin qəlbin halına faydası olmayacaqdır. Çünki, Sultanı inkar edib ona qarşı çıxan bir şəxsə xidmət və peşkəş etmək faydasızdır. Bilmirəm hansı sultan əzəmətli şəriət sahibi olan bu Sultandan böyükdür?! Hansı ədavət onunla olan ədavətdən daha qəbahətlidir?!

Sənə xatırlatdıqlarımdan başa düş ki, ilahi məhəbbəti tələb etdiyin halda günaha düçar olmağın nalayiq bir işdir. Ciddi şəkildə günahın nifrətə səbəb olması və nifrətin də məhəbbətlə zidd olmasını bildiyin halda bilməlisən ki, günahı tərk etmək dinin həm əvvəlidir, həm də axırı.

Həm batinidir, həm də zahiri. Belə isə, günahlara qarşı cihada qalx, bütün səylərini toplayıb sübh yuxudan durduğun vaxtdan, axşam yatdığın vaxta qədər bütün anlarda ciddiyyətlə müraqibəyə (özünə nəzarətə) məşğul ol.

Haqq-Təalanın müqəddəs hüzurunda ədəb qaydalarına riayət et. Bil ki, sən bütün vücudunun hissələri ilə belə zərrə-zərrə Onun qüdrəti dairəsində əsirsən. Onun hüzurunun şərif hörmətinə riayət etməlisən.

Elə ibadət et ki, sanki Onu görürsən, sən Onu görməsən də O səni görür. Daim Onun əzəmətinə, özünün isə həqir və zəlilliyinə, Onun yüksək məqamına, özünün alçaq məqamına, Onun izzətinə, özünün zillətinə, Onun qəniliyinə, özünün isə başdan-ayağa ehtiyaclığına diqqət yetir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930