Allahın “Mufi”, “Muvəffi” və “Mutəvəffi” sifətlərinin mənası nədir?
Mьəllif: admin1
Tarix: 17-04-2017, 19:24
Allahın “Mufi”, “Muvəffi” və “Mutəvəffi” sifətlərinin mənası nədir?
Sual belədir; AllahIn “Mufi”, “Muvəffi” və “Mutəvəffi” sifətlərinin mənası nədir?

Cavab: İlk növbədə bildirmək lazımdır ki hər üç kəlmə “vəfa” kökündən əxz edilmişdir. Qurani-Kərimdə bu kökə malik olan və ondan əxz olunan kəlmələrin sayı 22-dir. Demək olar ki, bu 3 vəsf (Mufi, Muvəffi və Mutəvəffi) əhdə vəfa edən, tam şəkildə yerinə yetirən və vəfat edənin canını alan mənasındadır.

Quranda gələn hər 3 sifətlərin olduğu ayələri təqdim edirik:

Mufi;
“Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!” (Bəqərə-40)

Müvəffi;
“Elə isə bunların (bütpərəstlərin) tapındıqlarının (bütlərin) batil olmasına şübhə etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi (kor-koranə) ibadət edirlər. Biz onların qismətini əskiltmədən (tamam-kamal) verəcəyik!” (Hud-109)

Mütəvəffi;
“O vaxt Allah buyurdu: 'Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib, (vəfat) Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm!” (Ali-İmran-55)



(İslaminSesi.info)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031