Behiştdə hansı nemətlər vardır?
Mьəllif: admin1
Tarix: 16-04-2017, 22:25
Behiştdə hansı nemətlər vardır?
Qurani-Kərimdə behiştin maddi və mənəvi nemətlərindən ətraflı şəkildə danışılmışdır. Səkkiz qapısı olan behiştdə, möminləri səkkiz böyük nemətin gözlədiyi bildirilmişdir:

1. Yamyaşıl behişt bağları, göz yaşı tək duru bulaqlar;

2. Bütün xəstəliklərdən və ağrılardan uzaq sağlamlıq;

3. Asayiş və əmin-amanlıq;

4. Kin-küdurətsiz, xəyanətsiz açıq ürək;

5. Məhəbbətlə müşayiət olunan qardaşlıq;

6. Taxtlarda üz-üzə əyləşib, kimsənin kimsəyə arxa çevirməməsi;

7. Yorğunluq və zəhmətdən uzaq təravət;

8. Mövcud nemətlərin əbədiliyi . «Hicr» surəsi, ayə 45-48.

Maraqlıdır ki, bütün bu nemətlər təqvalı insanlara vəd edilir. Amma bu nemətlər haqqında eşidib, öz günahlarına peşman olan insanlar da məyus edilmir. Allah-təala Quranda belə buyurur: «Qullarıma xəbər ver ki, Mən, həqiqətən, bağışlayan və rəhm edənəm» .



/ehliwie-samux.com/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031