Peyğəmbərimizi (s) ağladan hadisə
Mьəllif: admin1
Tarix: 26-03-2022, 10:45
Peyğəmbərimizi (s) ağladan hadisə
Bir gün bir səhabə Peyğəmbərimiz Həzrəti Muhəmmədin (s) yanına gələrək cahiliyyə dövrünə aid bir vəhşiliyi belə dilə gətirir:

- Ya Rəsulullah! Biz cahiliyyə dövründə qızlarımızı diri-diri torpağa basdırardıq. Mənim də bir qızım vardı. Anasına "Bunu geyindir, dayısının yanına aparacam" dedim. Qadın bunun nə demək olduğunu yaxşı bilirdi. Ürəyi, bir övladı bir az sonra bir quyuya atılacaq və orada çırpına-çırpına can verəcəkdi.

Həm də qadının belə bir canavarlığın qarşısını almaq imkanı yox idi. Edə biləcəyi tək şey için-için ağlayıb qanlı göz yaşı tökmək idi. Yoldaşım dediyimi etdi. Uşaq həqiqətən dayısına gedəcəyini zənn edir və həvəslə qaçırdı.

Uşağın əlindən tutub daha əvvəl qazdığım bir quyunun yanına gətirdim. Ona quyuya baxmağını söylədim. O, quyuya baxarkən kürəyinə bir təpik vurdum və onu quyuya yuvarladım.

Lakin birtəhər əliylə quyunun ağzından tutdu. Bir tərəfdən çırpınır, digər tərəfdən də "Ata, üstün toz oldu" deyib paltarımı silməyə çalışırdı. Buna baxmayaraq, daha bir təpik vurdum və onu diri-diri torpağa basdırdım.

Həmin şəxs bunu danışarkən sevimli Peyğəmbərimiz (s) və yanındakılar hıçqıra-hıçqıra ağlayırdılar. Orada oturanlardan biri "Ay adam, Rəsulullahı çox kövrəltdin!" dedikdə, Əfəndimiz həmin adama "Bir daha danış" dedi.

O şəxs hadisəni bir daha danışdı. İki Dünya Günəşi Peyğəmbərimizin (s) gözlərindən süzülən yaşlar mübarək saqqalından aşağıya damcı-damcı axırdı.

Allahın Elçisi (s) hadisəni təkrar etdirməklə sanki bunu izah etmək istəyirdi: "Baxın, siz İslamdan əvvəl belə idiniz. İslamdan əvvəl kömür və dəmir kimi idiniz.

İndi isə qızıl və almaz kimisiniz. Təkrar-təkrar izah etdirdim ki, İslamın sizə qazandırdığı insanlığı, gözəl xüsusiyyətləri bir daha xatırlayın!"


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930