Niyə həzrət Zeynəbi-Kübrayə “Əqilət Bəni-Haşim” deyilirdi?
Mьəllif: admin1
Tarix: 17-02-2022, 17:29
Niyə həzrət Zeynəbi-Kübrayə “Əqilət Bəni-Haşim” deyilirdi?
Əbul-Fərəc İsfahani Məqatilut-Talibin əsərində İbni-Abbasın həzrət Zeynəbdən onun da həzrət Fatimədən Fədək haqda hədis nəql etməsini gətiribdir.

Bu hədisin sənədində həzrət Zeynəb (ə) “Əqilətuna” deyə ifadə edilib. Əqilə ərəb dilində ağa, sərvər, kəramətli şəxs, qəbilənin ağıllısı və yaşlısı deməkdir.

Həzrət Zeynəbin belə adlanması, Kərbəlada İmam Hüseynin, Əhli-Beytin əksər qoca və gənclərinin şəhid edilməsindən sonra həzrət Zeynəbin İmam Səccadla meydanda tək qalması ilə bağlıdır.

Bundan sonra həzrət Zeynəb öz bəyanatları və hayqırtısı ilə Aşura mətkəbini yaymağa və Əhli-beyt məktəbini süqutdan qurtarmağa çalışdı. Ona görə Əqilət Bəni-Haşim adlandırıldı.

Həzrət Zeynəb o qədər müsibətlər gördü ki, ona həmçinin “Ümmul-Məsaib” ləqəbi verildi. Çünki o babası Peyğəmbərin (s), anası Fatimənin (s.ə), atası Əlinin (ə), qardaşı İmam Həsənin (ə) və İmam Hüseynin (ə) dəhşətli müsibətlərini görmüşdü.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031