İmam Əlinin (ə) yüzlərlə fəzilətindən birini göstərən Hədisi-Təyr
Mьəllif: admin1
Tarix: 10-04-2017, 22:43
İmam Əlinin (ə) yüzlərlə fəzilətindən birini göstərən Hədisi-Təyr
İmam Əlinin (ə) peyğəmbərdən sonra bütün insanlar və məxluqatdan üstün olduğunu göstərən “Hədisu Təyr Məşviy”

Bu hədisi peyğəmbərin səhabələri Ənəs ibni Malik, Abdullah ibni Abbas, Əbu-Səid əl-Xudri, Səfinət Xadimun-Nəbi, Səd ibni Əbi-Vəqqas, Əmr ibni As, Abut-Tufeyl Amir bin Vasilə, Yəla bin Mərra və sair nəql ediblər.

Hədisin mətni belədir:

“Peyğəmbərə (s) bir pişmiş toyuq gətirdilər. Peyğəmbər (s) bunu görüb əllərini səmaya qaldırıb dedi: İlahi ən sevdiyin məxluqunu mənə göndər ki, bu toyuqdan mənimlə yesin. Bu zaman Əli (ə) daxil oldu. Peyğəmbər (s) dedi: ilahi onunla dost olanlarla dost ol.....”

Bu hədis müxtəlif mətnlərlə azacıq fərqlərlə bu məzmunda gəlibdir. Bu hədisi əhli-sünnə alimlərindən Hakim Nişaburi Müstədrək əsərində, Tirmizi əs-Sunən əsərində, Təbərani əl-Əusət əsərində, İbni Couzi əl-İləl əsərində, Xətib Bağdadi öz tarixində, Əbu-Yəla əl-Xəlili əl-İrşad əsərində, İbni Əsakir Tarix Mədinət Diməşq əsərində və sair öz kitablarında yazıblar.


(İslaminSesi.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930