Rəcəb ayının münacatında niyə əlimizi saqqalımıza tuturuq?
Mьəllif: admin1
Tarix: 27-01-2024, 13:52
Rəcəb ayının münacatında niyə əlimizi saqqalımıza tuturuq?
Rəcəb ayının gündəlik duası namazlardan sonra oxunan münacatdır. Bu duanın mətni Biharul-Ənvar əsərində İmam Sadiqdən nəql edilən hədislərdə gəlibdir.

Hədislərə əsasən İmam Sadiq bu duanın sonuna çatanda (Ya zəl-Cəlali vəl-İkram hissəsinə çatanda) sağ əlini saqqalına qoymaqla və ağlamağla bitirərdir.

Digər bir hədisə görə, imam duanın deyilən hissəsinə çatanda sol əlini saqqalına sağ əlinin şəhadət barmağını isə Allahın dərgahına sığınmaq əlaməti kimi tutmağa başlayardı

İlk növbədə bunu demək lazımdir ki, rəcəb ayının duasının sonunda “İlahi mənim tükümü cəhənnəm oduna haram et” duası gəlibdir.

İmamın bu səbəbdən əlini saqqalına tutması ortaya çıxır. Şəhadət barmağını tutması isə Allahın təkliyini və tək olan qüdrətə sığınmaq əlaməti daşıyır

Rəcəb ayının duasının tərcüməsi belədir:

“Ey o Kəs ki, Ondan bütün xeyirlərə ümidim var və bütün şərlər yanında Onun qəzəbindən aman axtarıram. Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir. Ey o Allah ki, Ondan istəyənə əta edir. Ey o Allah ki, Ondan istəməyənə də əta edir, və (hətta) Onu tanımayana da əta edir.

Sən o Allahsan ki, Səndən istəməyənə və Səni tanımayana da əta edirsən. Səndən istəyirəm Öz geniş rəhmətinlə mənə əta et. İlahi,Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et.

İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et! Ey cəlalət və kəramət sahibi, ey nemətlər və bağışlamaq sahibi, ey mənn və kəramət sahibi, mənim tükümü oda haram et.”


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930