Allahın bütün insanlara yazdığı məktub
Mьəllif: admin1
Tarix: 29-06-2018, 10:11
Allahın bütün insanlara yazdığı məktub
Quran müqəddəs səma kitabıdır ki, Allahın bizə əmr və göstərişlərini bəyan edir, keçmiş ümmətlərin başına gələnləri nəql edərək, bizə ibrətlər verir. Bizi əmr-be-məruf və nəhy-əz-munkər edir. Bizə əhkamı və şəriəti öyrədir.

Quran – Uca Allahın insanlara yazdığı məktubdur. Allahın bu məktubda bizə demək istədikləri ilə tanış olaq. Sanki Allah bu məktubda bizə bəzi mühüm mətləbləri demək istəyir.

“And olsun o gündüzə ki, nur verər, o gecəyə ki, aram olarsınız, Mən nə səni buraxmışam və nə də səninlə düşmənçilik etmişəm”. (“Zuha” 1-3).

Çox təəssüf ki, sənə göndərdiyim peyğəmbərlər vasitəsilə sənə sevdiyimi demək istəmişəm, ancaq sən onları məsxərə etmisən. (“Yasin” 30).

Sənə elə bir xəbər göndərməmişəm, məgər o halda ki, ondan üz çevirmisən. (“Ənam” 4).

Qəzəbləndin və fikirləşdin ki, sənə qüdrətim çatmaz. (“Ənbiya” 87).

Məni mübarizəyə çağırdın və güman etdin ki, sənin hər bir şeyə qüdrətin çatar. (“Yunus” 24).

Bu, o halda olmuşdur ki, hətta bir milçəyi belə xəlq edə bilməzsən və əgər milçək səndən bir şey alsa, onu geri qaytara bilməzsən. (“Həcc” 73).

O zaman ki, çətinliklər aşağıdan və yuxarıdan gələr, bütün bədənin titrəyər. Deyərəm ki, yardımım yoldadır və baxıb gözləyərəm ki, Mənə inanırsan. Ancaq Mənə gümanlar edərsən, nə gümanlar? (“Əhzab” 10).

O zaman ki, çətinliyə düşərsən və özündən də təngə gələrsən, yəqin edərsən də Məndən savayı pənahın yoxdur, ona görə də Mənə tərəf qayıdarsan ki, Mən qayıdanlara qarşı ən mehribanam. (“Tövbə” 118).

O zaman ki, qaranlıqda məni ah-zar ilə çağırarsan, səni qəmdən xilas edərəm. Ancaq sən yenə də eşqində mənə şərik qoşarsan. (“Ənam” 63-64).

Bu, sənin keçmiş adətlərindəndir. Nə zaman səni sevindirsəm, Məndən üz döndərərsən. O zaman ki, sənə çətinlik üz verər, Məndən ümidsiz olarsan. (“İsra” 83).

Məgər mən belini sındıran o yükü səndən götürmədimmi? (“Şərh” 2-3).

Məndən qeyri sənə tanrılıq edən vardırmı? (“Əraf” 59).

Ona görə də hara gedirsən? (“Təkvir” 26).

Məni yada salırsan? Mən həmin o Kəsəm ki, küləkləri göndərir ki, buludları səmaya yaysın. Buludları parça-parça bir-birinə sıxaram ki, su damcıları ondan tökülsün.

Mənim istəyimlə sənə enər ki, sən gülümsəyəsən. Bu, o zaman baş verər ki, yağış yağmazdan əvvəl mənə qarşı ümidsiz idin. (“Ənam” 60).

Mən o Kəsəm ki, qorxan zaman sənə aman verərəm. (“Qureyş” 3).

Qayıt, əminliklə qayıt ki, bir daha birlikdə olaq. (“Fəcr” 28-29).

Bir daha bir-birimizi sevməyi təcrübə edək! (“Maidə” 54).

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930