Quran Peyğəmbərə (s) neçə dəfə nazil olub?
Mьəllif: admin1
Tarix: 27-03-2022, 12:14
Quran Peyğəmbərə (s) neçə dəfə nazil olub?
Sual: Quran Peyğəmbərə neçə dəfə nazil olub?

Cavab: Quran Peyğəmbərə 2 dəfə nazil olub: bir dəfəyə (“Qədr” surəsinin ilk ayəsinə görə) və tədricən (“Əsra” surəsinin 106-cı ayəsinə görə).

Sual: Quran oxumaq üçün hansı müstəhəb əməllərə riayət etmək lazımdır?

Cavab: Quran oxuyanda aşağıdakı şərtlərə riayət etmək lazımdır:

1- Paklıq və təharət (dəstəmazlı olmaq); Əgər Quran oxuyanda əllərin onun yazılarına dəyməsi ehtimalı verilsə, onda hökmən gərək dəstəmaz alınmalıdır.

2- Ağzın paklığı (dişləri fırçalamaq);

3- İxlas üzündən və Allaha görə oxumaq;

4- Qurandan qabaq məxsus duaları oxumaq;

5- “Nəhl” surəsinin 98-ci ayəsində buyurulan “əuzu billahi minəş-şeytanirrəcim” sözünü deyək.

6- Quranı üzündən oxumaq; hətta əzbərdən bilsə belə; bu iş günahların bağışlanmasına səbəb olur.

7- Gözəl səs ilə oxumaq;

8- Ərəb ləhcəsi ilə oxumaq;

9-Quran hər bir müsəlmanın səadətə çatmağı üçün bir proqramdır. Bu səbəbdən hər gün ən azı on ayə oxuması yaxşıdır.

10- Mənasına diqqət etmək;

11- Ahəstə və yavaş-yavaş oxumaq;

12- Quran oxunan zaman qulaq asmaq və sükut etmək;

13- Səcdə ayələrinə çatanda səcdə etmək;

14- Quranı xətm etmək (qurtarmaq);

15- Quranı əzbərləmək;

16- Quranı münasib yerdə saxlamaq;

17- Quranın qarşısında ədəb qaydalarına riayət etmək;

18- Quran oxunduğundan sonra “sədəqəllahül-əliyyul-əzim” demək

19- Quran oxunduqdan sonra dua oxumaq.

Sual: Nə üçün Quranın evlərdə oxunması tövsiyə edilib?

Cavab: Hədislərdə gəlib ki, Quran oxumaq evləri nurani edər, bərəkətini çoxaldar. Mələklər orada hazır olar, şeytanlar o evdən uzaqlaşarlar. O ev asiman əhli üçün nurani olar.

Sual: İmam Hüseyn əleyhissalamın kəsik başının Şam məscidində nizədə oxuduğu ayə hansı ayədir?

Cavab: “Kəhf” surəsinin 9-cu ayəsidir.

Sual: Həzrət Zəhranın (s.ə) şəninə nazil olan surə hansıdır?

Cavab: “Kovsər” surəsidir.

Sual: Allahın bütün behişt nemətlərindən danışdığı lakin Həzrəti Zəhranın əleyhissalam ehtiramına görə Hurul-eynin adını çəkmədiyi surə hansıdır?

Cavab: “İnsan”, yaxud da “Həl əta” surəsidir.

Sual: Hansı kitablar Quranın “bacı” və “qardaş” kimi məhşur laşıblar?

Cavab: İmam Əli əleyhissalamın “Nəhcül-bəlağə”si Quranın qardaşı, İmam Səccad əleyhissalamın “Səhifeyi-Səccadiyyə” kitabı isə Quranın bacısı adlanır.

Sual: Hansı asiman kitablar Ramazan ayında nazil olub?

Cavab: “Tövrat”, “İncil”, “Zəbur”, “Suhuf” və “Quran” Ramazan ayında nazil olub.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930