Bəhlul Danəndə dalaşan iki nəfəri necə barışdırdı?
Mьəllif: admin1
Tarix: 6-04-2021, 10:47
Bəhlul Danəndə dalaşan iki nəfəri necə barışdırdı?
Bir gün Bəhlul Danəndə yol keçəndə iki nəfərin dalaşdığını görür. Kənardan onlara diqqət verir və sonra yaxınlaşır. Onları sakitləşdirib niyə dava etdiklərini soruşur.

Onlar da iki qonşu olur. Biri hasarının yarım metr çox çəkilməsinə görə o birisi ile mubahisə etdiyi məlum olur. İkisi də dəyir ki, mənim dediyim doğrudur. Bu halda Bəhlul D. onlara qulaq asandan sonra deyir ki, siz heç torpaqdan soruşmusunuz o hansınızındır? Onlar da təəcüblə Bəhlula baxıb deyirlər ki, yox.

Onda Bəhlul deyir ki, soruşun, görün o nə deyir. Qonşular bir-birilərinə baxıb donub qalırlar. Belə halda Bəhlul məsələni həll edə biləcəyini deyir, onlar da razılaşır.

Bəhlul qulağını torpağa qoyur və bir qədər müddətdən sonra başını qaldırır. Qonşular səbrsiz halda soruşurlar ki, nə oldu, torpaq nə dedi. Bəhlul deyir: O dedi ki, o sizin heç birinizindir, əksinə sizin ikiniz də onunsuz. Amma vaxta ehtiyac var. Qonşular səhflərini başa düşür və barışırlar.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930