Quranın ən çox ümid bəxş edən ayəsi hansıdır?
Mьəllif: admin1
Tarix: 19-02-2022, 10:41
Quranın ən çox ümid bəxş edən ayəsi hansıdır?
Hərəb ibni Şurəh nəql edir: “İmam Baqir (ə) mənə buyurdu: Siz iraqlılar bu fikirdədir ki, Quranın ən çox ümid bəxş edən ayəsi budur:

“De: «Ey, Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!”. (“Zumər” 53).

Ancaq biz Əhli-Beyt (ə) bu əqidədəyik ki, (Quranın bu ayəsi ümid bəxş edən ayədir). “Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər) əta edər ki, (Ondan) razı qalarsan”. (“Zuha” 5). Sonra buyurdu: Bu, həmin şəfaətdir”.

Bəli, şəfaət mövzusu ən keçmiş zamanlardan bəri insanları maraqlandıran və təəccübünə səbəb olan mövzulardandır.

İmam Sadiqin (ə) xidmətində olan Əmr ibni Yəzid şəfaətlə bağlı İmama (ə) belə sual vermişdi: “Bəndə sizdən eşitmişəm ki, buyurmusunuz: “Bizim bütün davamçılarımız hər cür olursa-olsun, behiştə gedəcəklər””.

İmam buyurur: “Düz deyirsən, Allaha and olsun ki, onların hamısı behiştdədirlər”.

Soruşur: “Qurbanın olum, bəs bu, necə olur? Sizin davamçılarınızın çoxu kəbirə günahlar edirlər?”.

İmam (ə) buyurur: “Qiyamət günü bizim bütün davamçılarımız Peyğəmbərin (s) və Əmirəl-möminin (ə) şəfaəti ilə behiştə daxil olacaqlar. Mən ancaq sizin bərzəxinizdən nigaranam”.

Soruşur: “Bərzəx nədir?”.

İmam (ə) buyurur: “Bərzəx, həmin qəbir aləmidir ki, öləndən başlayar və Qiyamət gününə qədər davam edər”.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, o müsəlman k, 12 Məsum İmam vilayətinə əqidəsi vardır və onu qəbul edir və onların davamçılarıdır – nəhayət behişt əhli olacaqdır.

Əgər günahları çoxdursa ya bu dünyada onu ödəyəcəkdir, tövbə edəcəkdir ya da can verən zaman və bərzəx aləmində.

Əgər yenə də günahları paklanmasa və bu halda Qiyamətə daxil olsa, Peyğəmbərin (s) və Əmirəl-möminin (ə) şəfaəti ilə behiştə daxil olacaqdır.

Ona görədir ki, İmam Sadiq (ə) buyurur: “Bizim bütün davamçılarımız: istər yaxşı əməl sahibi olsun, istərsə də pis – behiştdə olacaqdır. Sonra orada yerinə yetirdikləri əməllərə görə dərəcələrə bölünəcəklər”.

Əlbəttə ki, söhbət həqiqi Əhli-Beyt (ə) davamçılarından gedir ki, xətaya yol verə bilirlər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031