Əllamə Əmininin bir məclisdə 80 alimi mat qoyan sualı
Mьəllif: admin1
Tarix: 17-05-2020, 16:40
Əllamə Əmininin bir məclisdə 80 alimi mat qoyan sualı
Bağdadda əhli-sünnə alimləri daima əllamə şeyx Əbdül-Hüseyn bin Əhməd əl-Əminini (1902-1971, qiymətli əl-Qədir əsərinin müəllifi) məclisə və şam yeməyinə dəvət edərdilər. Amma onların israrına baxmayaraq, əllamə bunu qəbul etməzdi.

Sonuncu dəfə əllamə şərt kəsdi ki, yalnız şam yeyəcək və heç bir elmi münazirə olmayacaq. Onlar bunu qəbul etdilər.

Şamdan sonra alimlərdən biri mübahisəni açmaq istədi. Məclisdə səksənə yaxın alim var idi.

Əllamə heç bir mübahisə və münazirənin olmayacağı şərtini xatırlatdı. Alimlər bunun təbərrük və məclisin nuraniləşməsi üçün lazım olduğunu dedilər.

Qərara alındı ki hər alim bir hədis desin. Hamı bilirdi ki hüzzarın hamısı hafizlər və hədis elminin mütəxəssisləridir. Yəni hafiz o deməkdir ki, bu mütəxəssis ən azı 100 min hədisi bilir.

Hər biri bir hədis dedi. Növbə əllaməyə çatanda o dedi: Bu şərtlə bir hədisi oxuyuram ki buradakı insanlar ki hamısı mütəxəssisdir, o hədisin mətnini və sənədini təsdiq və təkzib etsinlər. Onlar bunu qəbul etdilər.

Əllamə dedi: Allahın elçisi (s.ə.s) buyurdu: “Hər kəs ölə və zamanının imamını tanımaya cahilliyyət dövrünün insanı kimi ölmüşdür”. (Yəni müşrik və kafir kimi)

Əllamə bu hədisi deyib, orada hazır olan alimlərdən hədisin sənədi haqda soruşdu. Hamı hədisin sənədinin düz olduğuna təkid etdilər.

Əllamə dedi: Hədisin sənədini təsdiqlədiyinizdən sonra sizdən soruşuram: Fatimeyi-Zəhra (s.ə) öz zamanının imamını tanıyırdı ya yox? Əgər tanıyırdısa o kim idi?

Onlar təqribən 20 dəqiqə sakit durdular. Bir cavab tapmadıqlarına görə başlarını aşağı saldılar. Bir-birinin ardıyca məclisi tərk etməyə başladılar.

Bu zaman bir-birinə deyirdilər: Əgər biz desək ki Fatimə öz zamanının imamını tanımır belə çıxır ki o müşrik və kafir idi. Haşa ki o, qadınların seyyidəsidir.

Əgər desəydik ki, o öz zamanının imamını tanıyırdı, bəs onun tanıdığı imam kim idi? Biz necə deyə bilərdik ki onun tanıdığı imam Əbu-Bəkrdir, hal bu ki Buxari öz Səhih əsərində deyib ki Fatimə öləndə Əbu-Bəkrin əlindən qəzəbli idi.

Beləcə onlar Əli ibni Əbu-Talibin vilayətini təsdiqləyən cavabdan başqa heç nəyə malik deyildilər. Buna görə dinmədən və sakitcə məclisi tərk etməyi üstün tutdular.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031