Ruzi üçün çalışırıq, bu sahədə səyimiz hansı miqdarda olmalıdır?
Mьəllif: admin1
Tarix: 18-02-2022, 11:07
Ruzi üçün çalışırıq, bu sahədə səyimiz hansı miqdarda olmalıdır?
İslam dininin təlimatı müsəlmandan bütün işlərdə orta yolu tutmağı tələb edir. İslam görə səhlənkarlıq və təfrit günahdırsa ifrat və israf da haramdır.

Bu qayda hətta ibadətə və onun miqdarına da aiddir. Bəs ruzi əldə etmək məqsədində olan bir müsəlman necə? O ruzi üçün nə qədər çalışmalıdır?

İmam Sadiq buyurub:

“Ruzini əldə etmək istiqamətində olan səyin və təlaşın, məişətinə əhəmiyyət verməyən adamın səyindən çox, eyni zmanda dünyasına bağlı qalan həris adamın səyindən az olmalıdır.

Bu zəmində orta yolu tut və tox ol, özünü süstlük və tənbəllikdən də uzaq tut! Labüd olan və zəruri şeyləri əldə et!”

(əl-Kafi, cild-5, səh-81)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031