Xanım Fatimeyi-Zəhraya (s.ə) verilən misilsiz ləqəb
Mьəllif: admin1
Tarix: 17-03-2017, 12:37
Xanım Fatimeyi-Zəhraya (s.ə) verilən misilsiz ləqəb
Əgər bəzi qadınlara peyğəmbərin zövcəsi olduğuna görə, “Ümmul-Möminin” (möminlərin anası) ləqəbi verilirsə bu bəzi fiqhi hökmlərə görə ola bilər. Səhabələrdən bəziləri peyğəmbərə tənə etmək üçün onun yanına gələrək “sən öləndən sonra arvadlarını alacağıq” deyirlər. Allahdan vəhy gəlir ki ona əziyyət verməyin və onun zövcələri ilə evlənəcəyinizi dilinizə gətirməyin. Buyurulur ki peyğəmbər zövcələri möminlərin analarıdır və ona görə onlarla evlənmək olmaz.

Burada möminlərin anaları dedikdə yalnız fiqhi hökm yəni onlarla evlənməyin haram olması vurğulanır .

Əgər bir qadın peyğəmbərin zövcəsi olduğuna görə “Ümmul-Möminin” ləqəbindən bəhrələnərək, islam dünyasında böyük nüfuza malik olub, siyasi məsələlərə qarışıb təfriqələrə yol açırsa, bəs niyə həzrət Fatimə (s.ə) Ümmü-Əbiha və sair ləqəblərə sahib ola ola təfriqələrə yol açmadı və yalnız məzarının gizlin qalması ilə kifayətləndi?!

Təbii ki bu sual islam dünyasında baş verən mühüm həqiqətlərdən xəbər verir.

Hz Fatimənin Ümmü-Əbiha ləqəbi onun fəzilətini və peyğəmbərə hamıdan yaxın olduğunu göstərmək üçün kafidir.

Ümmü Əbiha: Məhəmməd Peyğəmbər (s) Məkkədə bütpərəstlərin zülmünə və verdiyi əzaba daha çox məruz qalırdı. O evə gəldikdə üstündəki zir-zibili, sındırılan başının qanını və tozunu hz Fatimə silirdi. Uşaqlıqdan ana qayğısı az görən Peyğəmbər bütpərəstlərin zülmü müqabilində Fatimədən ilham alırdı və buna görə də qızına Ümmü Əbiha yəni “Atasının anası” ləqəbini vermişdi. İslam dünyasından və ondan öncəki dinlərdə heç bir qadın bu ləqəbə sahib ola bilməyib.



(İslaminSesi.info)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031