Həyatım dözülməzdir - Şikayət edənlər üçün hekayə
Mьəllif: admin1
Tarix: 12-03-2023, 10:14
Həyatım dözülməzdir - Şikayət edənlər üçün hekayə
Bir stol ətrafında oturmuş ruhlar sınaqları müzakirə edirdilər. Elə onda onlardan ən cəsarətlisi ayağa durdu və dedi ki, gedirəm dünyaya əfv etməyi öyrənəcəm. Kim mənə kömək edə bilər?

Ruhlar bir-birinə baxaraq və qorxaraq:

- Bu ən çətin sınaqlardan biridir. Ondan nadirən kimsə keçər. Bəzən bir ömür xərclənər uğruna, amma alınmaz. Sən çox əzab çəkərsən. Bizim sənə yazığımız gəlir. Amma öhdəsindən gəlmə ehtimalın da var. Biz sənə kömək edəcəyik.

Ruhlardan biri dedi:

-Mən sənin yanında olacam. Həyat yoldaşı olaraq sənə dəstək verəcəm. Mənim ucbatımdan ailəmizdə çoxlu problemlər olacaq. Amma sən məndən bağışlamağı oyrənəcəksən. O səhvlərin müqabilində məni yenidən həyatına buraxmaqla sınanacaqsan.

İkinci ruh:

-Mən sənin valideynlərindən biri olacam. Sənə çətin bir uşaqlıq yaşadacam Böyüyəndən sonra daim sənin həyatına maneçilik törədəcək və sənə əziyyət edəcəm. Sən məndən də əfv etməyi öyrənəcəksən.

Üçüncü ruh isə

-Mən sənin müdirin olacam. Özündənrazı və xudbin biri olacam. Sənə daim kobud davranacam. Bu isə sənin əfv etmək hissini daha da sınağa çəkəcək.

Bir neçə ruh beləcə razılşaraq dünyaya gəlirlər. Onlar dünyada bu qədər ağır sınaqlara yollandıqlarının fərqindədirlər. Ona görə də həyatımızda qətiyyən təsadüf deyilən bir hadisəyə yer yoxdur. Baş verənlər ya sınaqdır, ya mükafat.

İnsanlar həyatımıza müəyyən vaxtlarda daxil olar və gedərlər. Həyat bizə nə öyrədər, hadisələr bizə hansı mesajı verər, nəticə çıxarmaq insana qalmış. İnsanlar var hey əfv etməyi qarşısına məqsəd qoyar və bir ömür insanlarla belə yaşayar. Ən çətin sınaqda budur.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930