Züheyr ibn Qəyn (r.ə) kimdir?
Mьəllif: admin1
Tarix: 11-08-2022, 17:47
Züheyr ibn Qəyn (r.ə) kimdir?
Züheyr (r.ə) Kufənin tanınmış və şücaətli şəxslərindən biri idi. O, bir vaxt xəlifə Osmanın havadarlarından olmuşdur.

İmam Hüseyn (ə) Məkkədən Kufəyə hərəkət edərkən Züheyr (r.ə) də ailəsi ilə birgə həcdən qayıdırdı. O, İmamla rastlaşmamaq üçün yolda məsafə saxlayırdı. Amma bir gün istirahət üçün imamın xeyməsindən bir qədər aralı xeymə qurmağa məcbur oldu.

Züheyrin (r.ə) yoldaşı nəql edir ki, sübh yeməyi yediyimiz vaxt bir şəxs gəlib salam verdi və imam Hüseynin (ə) Züheyri (r.ə) görmək istədiyini bildirdi. Bu hadisə o qədər gözlənilməz oldu ki, Züheyr (r.ə) yerində donub qaldı.

Xanımı Züheyrə (r.ə) dedi: “Peyğəmbər övladı səni çağırır, sənsə yubanırsan!” Züheyr (r.ə) ayağa qalxıb imamın xeyməsinə üz tutdu.

Beləcə, qəlbi cəhalət qaranlığına bürünmüş Züheyrə (r.ə) imamın (ə) nurani sözləri vasitəsi ilə işığa çıxmaq nəsib oldu. Züheyr (r.ə) imama (ə) qoşulduqdan sonra qarşıdakı yolun çətinliyini nəzərə alaraq arvadının nikahını geri oxuyub onu evə göndərdi.

Hürrün dəstəsi imam Hüseynin (ə) qarşısını kəsərkən Züheyr (r.ə) Hürr ilə döyüşməyi təklif etdi. Amma imam (ə) səbr etməyə üstünlük verdi. Aşuradan bir gün qabaq (tasua günü) imam (ə) ətrafındakılara Kərbəladan getmək icazəsini verdi. Züheyr (r.ə) dedi: “And olsun Allaha! Sənin və Əhli-beytini (ə) hifzi üçün min dəfə ölüb dirilməyə hazıram.”

Aşura günü imam Hüseyn (ə) öz cəbhəsinin sağ cinahında rəhbərliyini Züheyrə (r.ə) tapşırdı. O, imamdan sonra düşmən qarşısına çıxan ikinci şəxs idi. Züheyr (r.ə) şücaətlə döyüşdü və öz əqidəsini sübut edərək şəhadətə yetişdi. (Ahlibeyt.ge "Şübhə doğran suallar" kitabından)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930