Səhlənkarlığımızdan qürbətdə qalan din qəribləri
Mьəllif: admin1
Tarix: 10-03-2017, 17:59
Səhlənkarlığımızdan qürbətdə qalan din qəribləri
Qiyamət günündə Quran, məscid və Əhli-Beyt və bir sıra digər varlıqlar insanlar barədə Allaha şikayət edəcəklər. Məscid şikayətində ilahi bunlar məni tətil etdilər deyər. İtrət və Əhli-beyt şikayətində özlərini bizdən uzaq tutdular, Quran isə ilahi bu insanlar məni təhrif (mənəvi təhrif) etdilər deyərək şikayətlənər.

Məlumdur ki cəmiyyətimizdə Qurani-Kərimi kimsə qürbətə gedəndə altından keçsin deyə, istixarə edək deyə, and içək, cin-şeytanları evimizdən qovaq deyə onu alar və rəflərin ən uca yerlərində saxlayırıq. Qurana qarşı bu qədər “hörmət”ə baxmayaraq, ona əməl etməyə can atmırıq.

Ölkəmizdə çoxsaylı məscidlər var ki yalnız cümə günlərində o da az bir sayda müsəlmanlar ora yollanır. Bəzən isə məscidlər yerli əhalinin üzünü görmək üçün məhərrəm ayını və ramazanı gözləməli olur.

Çoxlu sayda boynumuzda haqqı olan insanlar var ki ona baş çəkilmədiyindən və lazimi diqqət yetirilmədiyindən qürbətdə qalıblar.

Həzrət Peyğəmbərin bir hədisində İslam dünyasında qürbətdəki kimi yaşayan varlıqlar və insanlara işarə olunur

İslam Peyğəmbəri hz Məhəmməd (s) buyurub:

Altı şey altı yerdə qəribdir:

1). Məscid namaz qılmayanlar arasında;

2). “Müshəf” (Quran ya hər hansı bir kitab) onu oxumayanlar arasında;

3). Quran fasiqlərin ağzında - (onu fasiq oxuyarkən);

4). Müsəlman qadın zalim, fasiq və pis əxlaqlı kişinin əlində;

5). Müsəlman saleh kişi rəzil və pis əxlaqlı qadın əlində;

6). Alim ona qulaq asmayanların (onun elmindən istifadə etməyənlərin) arasında.

Allah-Taala Qiyamət günü onlara (bu altı şeyi qərib edənlərə) baxmayacaq (onlardan üz çevirəcək).
(İslaminSesi.info)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930