Çoxları yaxşı və pis əməl arasındakı bu fərqi görə bilmir
Mьəllif: Ahlibeyt
Tarix: 22-01-2022, 11:08
Çoxları yaxşı və pis əməl arasındakı bu fərqi görə bilmir
Şeytanın istər adi insan istərsə də mömin insanın günaha sürüklənməsi üçün özünəməxsus yolları vardır.

Təkcə günühkarlar deyil, mömin insanlar da şeytanın daima pusqusundadırlar. Hətta bu əksinə də ola bilər. Bu mənada ki şeytanın möminləri yolundan azdırmaq israrı daha böyükdür.

Usuli-Kafidə İmam Sadiqdən (ə) insanın yaxşı bir iş görəcəyi təqdirdə hansı imtahanlar və günahlarla üzləşəcəyi barədə belə bir hədis nəql edilir:

“Dindarlığın da öz afəti var: Paxıllıq, Ücb (öyünmək) və Fəxr etmək”


Hədisdə açıq aşkar qeyd edilir ki, dindarın həyata keçirdiyi ibadətlər ona digərləri qarşısında öyünmək, fəxr etmək, yaxud da digərinin məqamı qarşısında paxıllıq etməklə nəticələnsə, belə bir dindar artıq şeytanın toruna düşmüş və Allahdan uzaqlaşmış kimi olur.

Nəhcul-Bəlağədə İmam Əlidən (ə) bu zəmində maraqlı bir hədis var ki, oxuyanların təəcübünə səbəb olcaqdır.

İmam buyurur:

“Səni narahat və peşman edən pis iş səni öyündürən yaxşı əməldən üstündür”

İmam burada peşmançılıq gətirən pis işi, digərləri qarşısında öyünmə və fəxr gətirən bir sədəqədən yaxud da ibadətdən üstün bilir.

Burada bildirilir ki, namazı, orucu, sədəqəsi, zəkatı və sair əməlləri ilə digərləri qarşısında öyünən şəxs əslində ibadətin hikmət və fəlsəfəsini anlamamış və bir növ saxtakarlığa yol verərək, onu digərləri qarşısında riyakarçasına həyata keçirmişdi. Belə olan halda bu növ ibadət əslində ibadət yox şeytanın toruna düşmək anlamına gəlir.

Əlbəttə “pis işdən peşmançılıq çəkmək daha yaxşıdır” ifadəsi bizə günah etməyə günah mühitində olmağa bəraət qazandırmır. Sadəcə ibadətlə öyünməyin daha pis əməl olduğunu ortaya qoyur.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031