İMAM SƏCCADIN (Ə) ƏKSÜL-ƏMƏLİ
Mьəllif: admin1
Tarix: 28-01-2017, 09:16
İMAM SƏCCADIN (Ə) ƏKSÜL-ƏMƏLİ

"Güc və qüdrət zamanı güzəştə getmək peyğəmbər və möminlərin xüsusiyyətlərindəndir."
Din rəhbərlərimizin həyat və sərgüzəştləri bizim üçün insaniyyət, şərəf və güzəşt dərsidir. Onların rəftar və gözəl əxlaqi xüsusiyyətləri isə özünün ən gözəl görünüşündə təcəlli etmişdir.
Günlərin birində İmam Səccadın (ə) əshabından bir neçəsi onun yanına gəlir. Gözlənilmədən bir şəxs məclisə daxil olub İmam Səccadı (ə) təhqir edərək o həzrətə xoşagəlməz sözlər deyib gedir. Lakin İmam Səccad (ə) soyuqqanlıqla onun dediklərini axıradək dinləyib cavabında bir şey demir və üzünü məclisdə iştirak edənlərə tutub buyurur: "Onun cavabını vermək üçün istərdim siz də mənimlə gələsiniz." Əshab onunla birlikdə həmən şəxsin yanına gəlirlər.
İmam Səccad (ə) həmən şəxsin evinə gəlib ondan çölə çıxmasını istəyir. Şəxs özünü mübarizəyə hazırlayıb eşiyə çıxır və İmam Səccad (ə) gülərüzlə ona müraciət edib buyurur: "Qardaşım! Əgər mənim barəmdə dediklərin düzdürsə, Allahdan özümün bağışlanmağımı diləyəcəyəm, yox əgər həqiqətdən uzaq olarsa, Allahdan sənin bağışlanmağını diləyəcəyəm. "
İmam Səccadın (ə) ürək oxşayan və cəzibəli sözləri həmin şəxsi öz təsiri altına alır və vücudunda olan bütün ağrı-acıları məhv edir. Dərhal üzündə peşmançılıq nişanələri özünü büruzə verir və həsrətlə göz yaşı axıtmağa başlayır. Nə edəcəyini bilməyib İmam Səccada (ə) deyir: "Sizin müqəddəs vücudunuz dediklərimdən uzaq və münəzzəhdir və dilimə gətirdiyim sözlərə yalnız özüm layiqəm. "
İmam Səccad (ə) özünün belə bir hərəkəti ilə öz davranışlarına güzəşt dərsi verir və həmin şəxs də səadət və xoşbəxtliyinə səbəb olan belə bir dəyişikliyin baş verdiyini əməli olaraq sübuta yetirir.
İmam Əli (ə) buyurur: "Ən böyük eyb az güzəştə getmək, intiqam almağa tələsmək isə ən böyük günahlardandır. " (Ğurərul-Hikəm, səh. 537.)
Comərd insanların başqalarının eyb və nöqsanlarına göz yummaları haqda isə buyurur:
"Başqalarının nöqsanlarına göz yumub onlara güzəştə getmək comərd və güclü iradəyə malik olan insanların işidir." (Ğurərul-Hikəm, səh. 768. )
“Nur” surəsinin 22-ci ayəsində müsəlmanlara güzəştə getməyə tövsiyə olunaraq buyurulur: “Əfv edib, [cəzalandırmaqdan] vaz keçsinlər! Məgər siz [bu yaxşılıq müqabilində] Allahın sizi [günahlarınıza] bağışlamağını istəmirsinizmi? Allah [bəndələrini] bağışlayan və rəhm edəndir!”
“Fussilət” surəsinin 34-cü ayəsində isə deyilir:
“Yaxşılıqla pislik eyni ola bilməz! [Ey mömin kimsə] sən pisliyi yaxşılıqla dəf et! [Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!] Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!”
Əfv və güzəşt, insan qüdrət sahibi olduğu zaman daha dəyərli olur. İmam Sadiq (ə), bu gözəl xüsusiyyəti peyğəmbərlər və günahdan uzaq olan möminlərin xüsusiyyətlərindən biri olduğunu qeyd etmişdir.
"Güc və qüdrət zamanı güzəştə getmək peyğəmbər və möminlərin xüsusiyyətlərindəndir." (Səfinətül Bihar 2-ci cild, səh. 702. )
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930