“Qəlbinizin qulaqlarını açın ki sözlərimi dərk edə biləsiz”
Mьəllif: admin1
Tarix: 27-01-2017, 19:34
“Qəlbinizin qulaqlarını açın ki sözlərimi dərk edə biləsiz”
“Sizin aranızdan getməmişdən öncə soruşun məndən, bunu məndən sonra kimsə iddia edə bilməz.”, “Mən göylərin yoluna yerlərin yolundan daha çox bələdəm” və sair kəlamlar İmam Əlinin (ə) məqamını və bizim Əhli-beytin (ə) kəlamlarına nə dərəcədə möhtac olduğumuzu göstərən sözlərdir.

İmam Əli (ə) buyurur: “Həqiqətən mən sizin aranızda qaranlıqda olan çıraq kimiyəm. Hər kim aydınlığından bəhrələnmək istəyər – eşidin və sözlərimi qəbul edin. Qəlbinizin qulaqlarını açın ki, sözlərimi dərk edəsiniz”.

Hədisin şərhində deyilir: İmam Əli (ə) səadət yolunun aydınlanması üçün özünü qaranlıqda olan çırağa bənzətmişdir. O kəslər ki, hidayət axtarışındadırlar, Həzrətin (ə) elmindən və nurundan bəhrələnə bilərlər. Bu yolla inkişaf edər və həqiqət yoluna qoşula bilərlər. Qaranlıqda yol gedənin çıraq vasitəsilə yolunu aydınlatdığı kimi. İmamın (ə) kəlamları da hər kəsi cahillik zülmətindən çıxardıb hidayət nuruna tərəf aparar. İmam (ə) buyurur ki, əgər mən olmasam, siz qaranlıq və zülmətdə məğlub olarsınız.

Həzrət (ə) buyurur ki, hər kim mənim aydınlığımdan bəhrələnmək istəyirsə, gərək sözlərimə qulaq versin. Ürəyi moizə və nəsihət eşitmək üçün hazır olsun. Əvvəl buyurur ki, zahiri qulaqlarınızı açın və mənə yaxşı qulaq asın. Sonra buyurur ki, qəlb qulaqlarınızı sözlərimi eşitmək üçün hazır edin. Çünki zahiri qulaqların eşitdiyi hər bir söz, qəlb qulağında yer alar və insan əgər bu sözləri qəlb qulağına daxil edə bilərsə, o zaman təfəkkür edər. Hər kim təfəkkür edərsə, İmamın (ə) nə demək istədiyini dərk edə bilər. İmamın (ə) da istədiyi şey elə budur./İslaminSesi.info/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031