İmtahansız behiştə daxil olmaq niyə olmur?
Mьəllif: admin1
Tarix: 23-01-2017, 00:39
İmtahansız behiştə daxil olmaq niyə olmur?
“Yoxsa siz (möminlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş, cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər «Allahın köməyi və yardımı nə vaxt yetişəcək?» deyirdilər. (Dedik:) «Bilin, Allahın köməyi həqiqətən yaxındır»”. (“Bəqərə” 214).

Bu dünyaya qədəm basan hər bir insan adətən iki cür imtahanla üz-üzə olar: ya bu imtahanlar xaricdən gəlir, ya da insanın bədənindən.

Xaricdən gələn imtahanlara: zülmü, böhtanı, oğurluğu, müharibəni və s. misal göstərmək olar.

Daxildən gələn imtahanlara isə xəstəlikləri, yaralarıı, taqətsizliyi və s. misal göstərə bilərik.

Bu ayədən də göründüyü kimi, insanın çəkdiyi hər bir çətinlik – İlahi imtahandır. Bütün maddi və mənəvi çətinliklər insanı bir İNSAN kimi yetişdirmək üçündür.
Həzrət Peyğəmbər (s) buyurur: “Behişt çətinliklərlə bükülmüşdür”.

Bəli, çətinliklər – inkişaf, qürbə çatmaq və behiştə getmək amilidir.

Bu nurani ayədən çıxartdığımız nəticələr:
1. Behiştə getmək intizarı, əgər ancaq imana malik olub, çətinlik çəkməməklə olarsa, yanlış intizar olar.
2. İlahi sünnətlər dəyişməzdir və hər bir millət, ümmət İlahi imtahandan keçməlidir.
3. Başqalarının başına gələn çətinliklərə diqqət etmək insana təskinlik verər. Ona görə də tarixdən ibrət dərsləri götürmək lazımdır.
4. Gərək buna hazır olaq ki, İlahi imtahanlar bəzən elə çətin olur ki, hətta İlahi peyğəmbərləri (ə) belə pərişan edir.
5. Çətilniklərdə peyğəmbərlər (ə) başqa insanlardan fərqli olmayıblar.
6. Bütün çətinliklərə aramlıq hissi verən amil – İlahi yardımı yada salmaqdır.
7. Müqavimət göstərmək – İlahi yardım almağın zəminəsidir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031