Nə edək ki, Peyğəmbəri (s) görək?
Mьəllif: admin1
Tarix: 21-01-2017, 00:08
Nə edək ki, Peyğəmbəri (s) görək?
Mübarək “Həşr” surəsini oxumağın fəzilətləri çoxdur. Düşmənlərin qarşısında ondan bir qalxan kimi istifadə edilməsi tövsiyə edilmişdir.

Bu surə insanın daxilində olan zülmətləri dəf edər və bizimlə Peyğəmbərin (s) və bizimlə İmam Zaman ağanın (ə.f) arasında olan maneələri aradan qaldırar.

İmam Sadiq (ə) hər axşam beş surənin oxunmasını tövsiyə etmişdir ki, onlardan biri də “Həşr” surəsidir. Həzrət (ə) buyurur: “Hər kim bu surəni hər gecə oxuyarsa, həm Peyğəmbəri (s) görər, həm də zamanının İmamına (ə) çatar”.

Bu surə hicabları aradan qaldırar. İnsan elə bir məqama çatar ki, Peyğəmbəri (s) və zamanının İmamını (ə.f) görər və onların feyzindən bəhrələnər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031