İmam (ə.f) qeybdə olduğu zaman yalnız sabitqədəmlər imtahandan başıuca çıxarlar
Mьəllif: admin1
Tarix: 20-01-2017, 10:49
İmam (ə.f) qeybdə olduğu zaman yalnız sabitqədəmlər imtahandan başıuca çıxarlar
Müntəzirlər gərək ayıq olsunlar ki, qarşıda bizi çətin imtahan gözləyir. İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, gərək təmizlənəsiniz, Allaha and olsun ki, gərək pak olasınız. Allaha and olsun ki, gərək ələnəsiniz, necə ki, buğdanı çöplərindən ələyirlər”.
Məhdəviyyat mövzusunun ən mühüm məsələlərindən olan 2 mövzuya diqqət edək.
Bu mövzu hələ İmam Zaman ağa (ə.f) dünyaya gəlməmişdən qabaq Məsum İmamlar (ə) tərəfindən xəbər verilmişdi. İmam Sadiq (ə) buyurur: “Qeyb – Allah sirlərindəndir, ancaq bilirik ki, Allah Böyük və Həkimdir, qəbul edirik ki, Onun bütün işləri hikmət üzərindəndir, baxmayaraq ki, həmin işlərin səbəbi bizə məlum olmasa da”. (Erfan)
Qeyb zamanı elə bir zamandır ki, insanlar böyük imtahanla qarşılaşar və imanı olmayan insanların batini üzə çıxar. İmanlı insanlar isə intizarda olaraq, İmamın (ə.f) həsrətini çəkərlər. Qurani-Kərim buyurur: “Məgər insanlar «İman gətirdik» - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?”. (“Ənkəbut” 2).
Quranda Allahın 20-dən çox imtahanından söhbət açılmışdır. Bu, Allahın qanunlarından biridir ki, bəşərin istedadlarının çiçəklənməsi üçün təyin etmişdir. Necə ki, poladı bərkitmək üçün kürəyə qoyarlar ki, çıxandan sonra daha bərk olsun. İnsan da çətin hadisələrlə üzləşərək, bərkiyir və möhkəmlənir. Həzrət Peyğəmbər (s) buyurur: “O,(İmam Zaman (ə.f)) o kəsdir ki, dostlarından və davamçılarından qaib olar. Elə bir qeyb ki, o qeybdə kimsə Həzrətin imamətinə qarşı sabir etiqada malik olmaz. Məgər o kəs ki, Allah qəlbini imanla imtahana çəkmişdir”.
İmam Sadiq (ə) buyurur: “Çəkinin (12-ci İmamın xüsusiyyətlərinə görə) şöhrətlənməkdən və ifşa etməkdən. Həqiqətən, Allah sizin İmamınızı bu dünyanın ruzigarında illərlə qaib edəcəkdir və siz hər an imtahanın təzyiqi altında qərar tutarsınız və deyərlər: “İmam öldü, öldürüldü”.
Ancaq iman əhli onun üçün göz yaşı tökər və siz də dəniz dalğalarına giriftar olmuş gəmi kimi titrəyər və aşarsınız. Nicat və xilas olmaz, məgər o kəs üçün ki, Allah ondan əhd almışdır və imanı qəlbində sabit etmişdir. Öz tərəfindən olan ruh vasitəsilə onu gücləndirmişdir.
Həqiqətən, bir-birinə bənzər 12 bayraq dalğalanar və heç birini o birisindən ayırmaq olmaz. Sonra günəşə işarə edərək buyurdu: “Allaha and olsun ki, bizim işimiz bu günəşdən daha aydındır””.
Bəli, qeyb – o zamandır ki, insanlar ələkdən keçirilər və imanlı insanlarla imansız insanlar bir-birindən ayırd edilər. “Allah (Peyğəmbərə vəhy nazil etmək və ya müxtəlif imtahanlar vasitəsilə) xəbisi pakdan ayırana kimi möminləri sizin indi olduğunuz (mömininizlə münafiqinizin bir-birinə qarışmış olduğu) halda qoyan deyildir. Və (həmçinin) Allah (Özünün ənənəvi qanunlarına əsasən) sizi qeyb sirlərindən (və bir-birinizin batininizdən) xəbərdar edən deyildir”. (“Ali-İmran” 179).
İndi həmin zaman gəlib çatmışdır və Allah istəyir ki, qeybin intizarında olanları, onu inkar edənlərdən ayırsın və haqlı olanları üzə çıxartsın. Ona görə də hər birimizin vəzifəsi budur ki, İmama (ə) qarşı daha çox agahlıq əldə edək və bu yolda etiqadımızı gücləndirərək, sabitqədəm olaq.

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031